Sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edir.
Xəzər xəbər-in məlumatına görə kadrlar Bakı-Qazax magistralında izləyicillərdən biri tərəfindən çəkilib. Bakı avtovağzalından çıxan və içərisi sərnişinlə dolu avtobus sanki magistralda yox, yarış meydançasındadır.
Heç bir məsuliyyət hiss etməyən sürücu avtobusu 150 km/sürətlə hərəkət etdirir. Halbuki, həmin ərazidə sürət həddi 110-dur.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, həmin avtobusun sürcüsü qaydaları kobut şəkildə pozub. Qaydalara görə, yoldakı maksimum surətin nə qədər olmasından asılı olmayaraq, avtobuslar 90km/sürətdən yuxarı sürətlə idarə oluna bilməz.
İnzibati Xətalar Məcəlləsinə görə, qaydaları bu şəkildə pozan sürücülər 250 manat və 4 bal ilə cərimələnməlidirlər Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına müyyən üsullarla nəzarət gücləndirilməlidir.
Əks halda sərnişin avtobusların iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntuların sayı arta bilər.