Şəfəqə Doğru » Manşet » Azerbaycani su qitligi gozleyir? – Qlobal istilesme

Azerbaycani su qitligi gozleyir? – Qlobal istilesme

Azerbaycani su qitligi gozleyir? – Qlobal istilesme
Yer kürəsi 5 dəfə istiləşmə, 4-5 dəfə də buzlaşma dövrü keçib. Bu proses mütəmadi olaraq 60-70 ildən bir baş verir.
Bunu Axar.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov söyləyib. Onun sözlərinə görə, qlobal istiləşmə ölkəmizdə su qıtlığına gətirib çıxarmayacaq:
"Deyilənə görə, qlobal istiləşmə nəticəsində buxarlanma artacaq, yağıntıların miqdarı azalacaq, su qıtlığı yaranacaq. Hər şey Allahın əlindədir. Camaatı qorxutmaq olmaz. İndi də deyirlər ki, 2030-cu ildə Azərbaycan su qıtlığı ilə üzləşəcək. Bu, tamamilə yanlış fikirdir. Bizim bütün dağlarımızın başı qardır. Bundan əlavə, bizim yeraltı sularımız var. Əgər bizim yerüstü sularımız, çaylarımız, göllərimiz 0,001% təşkil edirsə, yeraltı sularımız 2%-dir. Görün yeraltı sular neçə min dəfə çoxdur? Bunların hamısı kommersiya oyunlarıdır. Təəssüf ki, bizim alimlər də su qıtlığının yaranacağı fikrini təsdiq edirlər. Onlara sual vermək istəyirəm: hardan bilirsiniz? Həmin alimlər Amerikanın sifarişini yerinə yetirirlər”.
Qeyd edək ki, iddiaya görə, qlobal istiləşmə 2070-ci ildə 30%-ə çatacağı təqdirdə Yer kürəsi səhralığa çevriləcək.