Şəfəqə Doğru » Manşet » BƏRDƏDƏ HƏR MÜƏLLİM ÖZ HESABINA MƏCBURİ 0,5 HEKTAR PAMBIQ ƏKƏCƏK

BƏRDƏDƏ HƏR MÜƏLLİM ÖZ HESABINA MƏCBURİ 0,5 HEKTAR PAMBIQ ƏKƏCƏK

BƏRDƏDƏ HƏR MÜƏLLİM ÖZ HESABINA MƏCBURİ 0,5 HEKTAR PAMBIQ ƏKƏCƏK
 HƏR MÜƏLLİM ÖZ HESABINA MƏCBURİ 0,5 HEKTAR PAMBIQ ƏKƏCƏK …
BƏRDƏDƏ HƏR MÜƏLLİM ÖZ HESABINA MƏCBURİ 0,5 HEKTAR PAMBIQ ƏKƏCƏK
( Pambıq əkini tədbirin ilk addımlarının səsi sınaq paliqonu kimi artıq Bərdədə eşidilməkdədir… )


 


Bərdə rayonunda Sovet hökümətinin nataraz qanunları geri qayıdır.Bərdə rayon İcra hakimiyyəti ötən il binəva müəllimlərdən barama saxlamaq üşün əkiləsi çəkilliklərə görə ya pul ya da "tut toxumu” tələb edirdi. Məqsəd də bu idi ki ölkəyə barama lazımdi bunu da biznesə açıq mühit yaratma yolu ilə deyil, İnzibati resusları işə salma yolu ilə edirdilər. İndi də müəllimlərdən "Pambıq əkini” üçün pul yığılmağa başlayıblar. Hər müəllim "yarım hektar” pambıq əkməlidi. Yeri də müəllim ya öz pulu ilə icarəyə götürməli, ya da öz torpaq payı varsa orda əkməlidi. Hələ bu başlanğıcdı. Əlavə pambıq toxumunu dövlət pulsuz verəcək sonra toxum pulunu gəlirdən tutacaq. Amma əkin, becərmə, sulama, aqrotexniki qulluq müəllim tərəfindən həyata keçiriləcəkdir. Ancaq müəllimə "seçim haqqı” da tanınıbdır. Belə ki əgər ya özü bu işləri görməli, ya da öz pulu ilə fəhlə tutub gördürməlidir. Pambıq əkininə məsul şəxslər də yəqin ki məktəb direktorları olacaqdır. Beləliklə də minlərlə yeni iş yeri açılacaqdır. Bu da müəllimlər üçün indiyə qədər ümid yeri olan diaqnostiq qiymətləndirmənin qəmbərqulusu…

Bərdədən redaksiyamıza daxil olan məlumatda belə deyilir.

Transqafqaz.com