Şəfəqə Doğru » Manşet » AZƏRBAYCAN RUSİYADAN HƏRBİ HELİKOPTERLƏR ALIB

AZƏRBAYCAN RUSİYADAN HƏRBİ HELİKOPTERLƏR ALIB

AZƏRBAYCAN RUSİYADAN HƏRBİ HELİKOPTERLƏR ALIB

Azərbaycan Rusiyanın "Rusiya helikopterləri” holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1″ helikopteri alıb.

Shafaqadogru.com anspress-ə istinadən xəbər verir ki, bu barədə "Rusiya helikopterləri” holdinqinin 2015-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabatında deyilir. Hesabatda göstərilir ki, İndoneziya, Banqladeş, Əlcəzair, Peru, İraq, Şri Lankavə Kuba holdinqdən modifikasiya olunmuş "Mi-171″ helikopterləri satın alıb.

Şirkət 2015-ci il ərzində 212 helikopter satıb ki, bu say əvvəlki illə müqayisədə 59 ədəd azdır. "Rusiya helikopterləri” holdinqi ötən il 50 milyard rubl (1,16 milyard manat) gəlir əldə edib. Bu, 2014-cü illə müqayisədə iki dəfə çoxdur.

Holdinq həmçinin Mi-172, Mi-35, Mi-8 AMTŞ və digər helikopterləri istismara verib. Rusiya şirkətinin istehsal etdiyi helikopterlərdən İraq və Suriyada İŞİD-ə qarşı istifadə edib.

Şirkətin baş direktoru Aleksandr Mixeyevdir. Şirkət Misirdə və İranda iki istehsal mərkəzi açıb. Həmçinin analoji layihələrin Çin, Hindistan,Qazaxıstan, Cənubi Koreya və digər ölkələrdə da reallaşdırılması planlaşdırılır.

Azərbaycan Rusiya ilə geniş hərbi əməkdaşlığa malikdir. 2015-ci ilin əvvəllərində Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın"Rosoboroneksport” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək. Cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra Ermənistan Rusiyanın Azərbaycana silah satmasına etiraz etmişdi.

Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin "Exo Moskvı”ya müsahibəsində Rusiyanın silah satışını dayandırmayacağını açıqlamışdı. "Əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq. Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq”.

Azərbaycan Rusiyadan hərbi helikopterlər alıb