Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda "İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2007-ci ildən bu tədbirə qoşulur. 2016-cı ildə də bu tədbirin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.16-cı bəndinə əsasən Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev "Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əmrdə 2016-cı ilin aprel ayının 25-30 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi”nin keçirilməsi, Respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır. Eyni zamanda, "İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların 20 may 2016-cı il tarixədək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, cari ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasında qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunmuş konfransın keçirilməsi , "İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların 27 may 2016-cı il tarixinədək Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırıqlar verilib.
Səhiyyə naziri ƏMR İMZALAYIB
22-04-2016, 14:42 856""Respublikada İmmunlaşdırma həftəsi” keçiriləcək