Şəfəqə Doğru » Manşet » Xəzər Aslanov həm də qarğıdalı azarkeşiymiş...

Xəzər Aslanov həm də qarğıdalı azarkeşiymiş...

Xəzər Aslanov həm də qarğıdalı azarkeşiymiş...
İcra başçısının Hacı Fərruxa münasibəti niyə belə kəskin dəyişib? Xızıda maraqlı olaylar növbə ilə bir-birini əvəz etməkdədi. Bir də görürsən ki, başçı həftəarası qeybə çəkildi. Camaat buna bəndmiş kimi ara söhbətlərinə girişməyə səbəb tapır, ortaya pıçhapıç düşür. Hərənin öz versiyası olur. Biri başçını işdən "azad edir", o birisi isə etirazını bildirir ki, nə danışırsan, Xəzər müəllim iş dalınca gedib, tezliklə qayıdacaq. 

Shafaqadogru.com  Gundelik-baku.com-a istinadən xəbər verir ki, bir başqası isə sözünü açıq deyə bilmədiyindən içini didişdirə-didişdirə qalıb. Bu adamların heç birini qınamıram. Amma nahaq yerə qınağa tuş gələn insanların da halına acımaya bilmirəm. Götürək elə bizim hamımızın hörmətlə Hacı deyə müraciət etdiyimiz Fərrux Haqverdiyevi. Fərrux müəllim aqrar sahə üzrə tanınmış mütəxəssisdir. Uzun illər Xızıda çalışıb. Həyatını qoyub e, bu yerlərdə. Müxtəlif vəzifələrdə çalışıb. Hazırda YAP rayon təşkilatının sədridir. Hacı Fərruxun icra başçısı Xəzər Aslanovun qəzəbinə düçar olmasının deyilənə görə öz ilginc tarixçəsi var. Təvaxil eləyin, hamısını deyə-deyə gəlirəm. Bəli, hər şey Fərrux Haqverdiyevin Şurabad qəsəbə bələdiyyəsinə məxsus 45-50 hektar sahəni başçı Xəzər Aslanova hədiyyə etməsindən sonra başlanıb. Hacı necə və hansı əsasla bunu edib, bilmirik. Lakin, deyilənə görə həm də rayon yerli islahat komissiyasının sədri Xəzər müəllim bu bərəkətli yerləri çoxdan gözaltı edibmiş. Söhbət əsnasında hətta bir dəfə torpaq sahəsinin kimə məxsus olduğunu da Fərrux müəllimdən soruşubmuş. Bu zaman savab əvəzinə "kimin olur-olsun, bu yerlərin daşı da torpağı da sizin kimi alicənab siyasi rəhbərə qurbandı a qadan alım", sözlərini eşidib.

Sonradan məlum olub ki, icarə müqaviləsi bitmək üzrə olan bu sahədə bir müddət öncə üzüm tingliyi salmaq arzusundaymış Fərrux Haqverdiyev. Bu arzunu da torpaq sahəsi ilə birlikdə Xəzər Aslanova bağışlayıb. Arzudansa arzu doğar deyiblər. Başçının arzuları artdıqca mülk və obyektlərinin də sayı çoxalıb. Ola bilsin istifadəsində olan Giləzidəki torpaq sahələrinin gələcək taleyindən narahatçılıq keçirib Fərrux müəllim, ona görə də söhbəti birdəfəlik bağlamağa üstünlük verib. Hər halda bu peşkəşdə hansısa bir qorxu-hürkü gizlənirdi, deyirlər.Həm də Giləzidəki plantasiyalarında bir qarın çörəyə Fərrux Haqverdiyevin qulluğunda duranların əksəriyyəti əslən gürcüstanlı həmyerliləriydi. Hüquqi ədəbiyyatda buna "miqrant" da deyirlər. Məhz bu "miqrant"lara arxalanaraq Fərrux Haqverdiyev Xəzər Aslanova peşkəş elədiyi torpaq sahəsinin hasarlanması prosesini tezliklə başa çatdırdı. "Zəruri" prosesə dövlət işlərindən müvəqqəti ayrı düşdüyü bildirilən icra başçısı, həm də qarğıdalı azarkeşi Xəzər Aslanov şəxsən özü rəhbərlik edirdi.


Həmən torpaqlarda qarğıdalı yetişdirmək kimi əhəmiyyətli tapşırığı da o verib. Hacı Fərrux şəstlə işə başlayıb. Çünki başçının hüzurunda özünü aqrar sahənin bilicisi qismində təsdiq etməliydi. Amma...mexaniki suvarma üsulundan əməlli-başlı baş çıxaran Hacı necə olubsa hektarlarla qarğıdalı sahəsini gözlənilmədən qurudub yaman günə salıb. Bununula da başçının yanında öz perspektivini qurudub, həm də... Qara qələmə düşən Hacını indi deyirlər başçının görməyə gözü yoxdur. Bunun səbəbi kimi Fərrux Haqverdiyevin ailə münaqişəsi zəminində üzləşdiyi problemlər göstərilir. Lakin, neyləyəsən, olanı dilə gətirmək də düzgün deyil. Kişinin başına iş gələr...Amma heç kəs varlığı ilə rəhbərlik etdiyi rayonun camaatı üçün özünü saflıq nümunəsi hesab eləməsin. Hərənin bir göz muncuğu eybi olmasa dünya maraqsız olar e... Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yarada bilərik.