Son dövrlərdə qlobal istilər okeanların səviyyəsinin artmasına səbəb olub. İndi müasir texnikanın köməyi ilə də alimlər qlobal miqyasda dəniz səviyyəsinin dinamikasının vahid xəritəsini hazırlaya bilmirlər. Alimlər həyəcan təbili çalır. Son 25 ildə qlobal miqyasda dəniz səviyyəsinin artması əvvəlki illərə nisbətən daha da sürətlənib.
Publika.az-ınməlumatına görə,alimlər müəyyən ediblər ki, dəniz səviyyəsi 3,4 mm artıb. Buna görə 2100-ci ildə İstanbul da daxil olmaqla, dünyadakı bir çox mühüm şəhər tamamilə, ya da qismən sular altında qalacaq. ABŞ-ın Kolorado, Cənubi Florida və Old Dominion universitetlərindən olan bir qrup alim xüsusi peyklər vasitəsilə 1992-ci ildən bu günə qədər qlobal dəniz suyunun səviyyəsinin artımını müşahidə ediblər. Məlum olub ki, 1990-cı illərdə qlobal dəniz səviyyəsi orta hesabla 2,5 millimetr yüksəlirdisə, bu gün bu göstərici 3,4 millimetrə qədər çoxalıb.
2015-ci ildə də bu mövzu dəfələrlə gündəmə gəlib, bir sıra elmi araşdırmalar aparılıb. NASA-nın açıqlamasına görə, suyun səviyyəsinin artmasına istixana qazları da təsir edir.
Vəziyyət belə davam etsə, okeanların səviyyəsi əsrin sonuna qədər hər il 10 mm artacaq və 60-65 sm-i ötəcək. Elm adamları bunun sahil şəhərləri üçün böyük təhlükə doğurduğunu ifadə edir.
Mütəxəssislərin fikrinə əsasən, suyun səviyyəsi iki səbəbdən artır. Birincisi, qlobal istiləşmə, ikinci isə atmosferdəki istilik səbəbindən Antarktida və Qrenlandiya kimi böyük buz kütlələrinin sürətlə əriməsidir. Bundan başqa, vulkan aktivliyi də suyun səviyyəsinin artmasına səbəb olan amillərdən hesab oluna bilər.
Beynəlxalq İqlim Dəyişikliyi Mərkəzi (Climate Central) də aparılan tədqiqatların nəticələrinə əsasən məlumat yayıb. Məlumatda, 2100-cü ildə dəniz sahilində yerləşən şəhərlərin iqlim dəyişikliyindən necə təsirlənəcəyi, hansı vəziyyətlərlə rastlaşacaqlarına dair xüsusi interaktiv xəritə və müxtəlif fotolar dərc edilib:
Hindistan - Mumbai
ABŞ - Şimali Kaliforniya - Silikon Vadisi
ABŞ - New York
İngiltərə -london