Şəfəqə Doğru » Manşet » «BƏSDİRİN, BEZDİRDİNİZ, YORULMUŞAM…» - Ziya Məmmədovdan etiraf!

«BƏSDİRİN, BEZDİRDİNİZ, YORULMUŞAM…» - Ziya Məmmədovdan etiraf!

«BƏSDİRİN, BEZDİRDİNİZ, YORULMUŞAM…» - Ziya Məmmədovdan etiraf!

Məlum olduğu kimi, aparılan islahatlar nəticəsində Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətləri azaldılıb, nazirliyin tabeliyindəki bir neçə əhəmiyyətli qurum alınaraq, müxtəlif dövlət orqanlarının sərəncamına verilib.

Bu və ya digər məsələlərlə bağlı unikal.org-un əməkdaşı Ziya Məmmədovdan açıqlama almaq istəyib.

Lakin nazir telefonda jurnalistə bu formada cavab verib: "Bəsdirin, məni bezdirdiniz. Abrınız, həyanız olsun. Bir açıqlama verən kimi bütün mətbuat məndən yazır. Yorulmuşam artıq”.

Yorulduğunu belə açıq mətnlə bağıran bir şəxsin nazir vəzifəsində saxlanılması, hər halda anoloqu olmayan Azərbaycan təcrübəsi sayılmalıdır.

20 ildir nazir vəzifəsində oturan, bitib-tükənən, sanki girovluqdaymış kimi bezdiyini, yorulduğunu haray çəkən bir şəxsin nazirliyindən Azərbaycan hansı xeyiri görə bilər? 

Rasim ƏLİYEV