Şəfəqə Doğru » Manşet » 9-cu sinif buraxılış imtahanları nə vaxt keçiriləcək? - DİM açıqladı + CƏDVƏL

9-cu sinif buraxılış imtahanları nə vaxt keçiriləcək? - DİM açıqladı + CƏDVƏL

9-cu sinif buraxılış imtahanları nə vaxt keçiriləcək? - DİM açıqladı + CƏDVƏL
Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi, 4, 11, 18 mart tarixlərində keçiriləcək. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar aşağıdakı qrafikə uyğun keçiriləcək. 

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

Martın 4-də keçiriləcək imtahanda iştirak edən şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.



Tarix Şəhər (rayon)
04.03.2018 Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası
11.03.2018 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
18.03.2018 Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir,Balakən, Zaqatala,Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik,Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı