Şəfəqə Doğru » Manşet » Qorbaçov xaindir, Rusiyanın bu torpaqlarını satdı - Lujkov

Qorbaçov xaindir, Rusiyanın bu torpaqlarını satdı - Lujkov

Qorbaçov xaindir, Rusiyanın bu torpaqlarını satdı - Lujkov
Rusiya məhkəmələri SSRİ-nin son prezidenti Mixail Qorbaçovun fəaliyyətlərinə hüquqi qiymət verməlidir.

Shafaqadogru.com  xəbər verir ki, bunu "Nezavisimaya qazeta”ya müsahibəsində Moskvanın eks-meri Yuri Lujkov söyləyib

"Qorbaçov saatlarla mənasız danışmaq imkanına sahib idi. Qorbaçov Marqaret Tetçer və Helmut Kolla oynayırdı. Onun əmri ilə Rusiyadan Barens dənizindəki böyük ərazilər qoparıldı. Onun bu cür antidövlət, millətinə qarşı satqınlıq faktları çoxdur.

Bavariyada olanda bələdçimiz dedi ki, burada Qorbaçov və Şevardnadzeyə bağışlanan iki villa var. Bu villaların alındığı pullar əslində Almaniya Demokratik Respublikasından çıxarılacaq sovet əsgərlərinin təminatının ödənilməsinə yönəlməli idi. Bu pulları ölkə əldə etmədi”, – deyə o bildirib.