Şəfəqə Doğru » Manşet » Jirinovski jurnalisti təhqir etdi - “Rədd ol” - Video

Jirinovski jurnalisti təhqir etdi - “Rədd ol” - Video

Jirinovski jurnalisti təhqir etdi - “Rədd ol” - Video
Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski ona prezidentliyə namizəd Kseniya Sobçakla bağlı sual verən "Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovu təhqir edib.

Shafaqadogru.com  xəbər verir ki, jurnalist Jirinovskiyə teledebatdakı gərginliyin səbəbini öyrənmək üçün sual verib. Sual partiya sədrini özündən çıxarıb.

"Sən təxribatçısan, ay jurnalist, sənə maraqlı məlumat lazımdır...Xoşuna gəlmir- dur rədd ol! ”-deyə Jirinovski bildirib.

Xatırladaq ki, bir gün əvvəl "Rossiya 1” telekanalının efirində Jirinovski ilə Kseniya Sobçak arasında yaşanan mübahisə zamanı təhqiramiz ifadələrə görə sonuncu Jirinovskinin üzünə su atmışdı.