Amerikalı siyasətçilər yalandan və kiberhücumlardan qorxmurlar. Onlar həqiqətdən və faktlardan çəkinirlər.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev Feysbuk hesabında yazıb.
"ABŞ Milli Kəşfiyyatnın direktoru Daniel Kots digər amerikalı rəsmilər kimi Rusiyadan şikayətləndi. O, "Rusiya bundan sonra daha aqressiv kiberhücumlar həyata keçirəcək” deyə bildirdi. Birinci hücumu sübut etmədən, ikincinin daha aqressiv olacağını güman etmək ixtiradır. Əlbəttə, administrasiya bununla sosial və siyasi təbəqələri qorxutmaq və ən əsası, Rusiyanın demoratik dəyərlərini aşağılamaq məqsədi güdür”, – deyə senator bildirib.