"Müharibə başlayarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) deyil, konkret Rusiya Ermənistana yardım edəcək”.
Shafaqadogru.com BiG.AZ-a isdinadən xəbər verir ki, bunu KTMT-nın qondarma Dağlıq Qarabağ rejiminə dəstək verməyəcəyi ilə bağlı bəyanata münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib.
Asim Mollazadənin bu fikirləri sosial şəbəkələrdə müzakirə zamanı heç də birmənalı qarşılanmayıb. Bununla bağlı öz fikirlərini sosial şəbəkədə bölüşən xalq artisti Ramiz Məlik Milli Məclisi və millət vəkillərini sərt şəkildə tənqid edib və onları qorxduqları üçün susmaqda ittiham edib:
Rusiya erməniyə kömək edib, edəcək də. Milli Məclisdə niyə oturmusunuz, ağzınıza su alıb səsinizi çıxartmırsınız. Rusun adını belə çəkməkdən qorxursunuz! İndi də xalqın inamını qırırsınız. Xalq Ali Baş Komandanın əmrini gözləyir!".
Xalq artistinin həmin rəyini oxucularımıza təqdim edirik.
Xatırladaq ki, xalq artisti Ramiz Məlik bir müddət öncə həmkarı Məleykə Əsədova haqqında dediklərinə görə məhkəməyə verilmişdi.