Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman Rövşən Əkbərov oğlu Telman Əkbərovun müğənni Röya ilə sevgili olmasına münasibət bildirib.
Shafaqadogru.com xəbər verir ki, o, "Bizim Yol"a açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib.
"Bu jurnalistlərin işi-gücü yoxdur? Vətəndən, torpaqdan yazın. Bu yalan, cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi hamı şəkil çəkdirə bilər. Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib. Andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil”.
Qeyd edək ki, generaldan fərqli olaraq Röya açıqlamasında illərdir Əkbərovlarla ailəvi dost olduqlarını qeyd etmişdi.