Türkiyə Rusiyanın hər zaman rəqibi olub.
Shafaqadogru.com xəbər verir ki, bunu "Gazeta.ru” saytına açıqlamasında rusiyalı siyasi ekspert, türkoloq Yuri Mavaşev deyib.
"İndiki zamanda Türkiyə Rusiyaya öz əməkdaşlığını çox baha qiymətə satacaq və Moskvanı böyük güzəştlərə məcbur edəcək. Bu, özəlliklə onlarla heç razılaşmadığımız sahələrdə olacaq. Bura misal olaraq Qafqazı göstərmək olar. Ankara öz hədəfini Qərbin Skripalla bağlı mövqeyini bölüşmədən gerçəkləşdirməyə çalışacaq. Bu, çox gözəl oyundur. Xaricdə onlar göstərəcəklər ki, hər şey yaxşıdır, amma bağlı qapılar ardında öz şərtlərini irəli sürəcəklər. Mən münasibətlərin hansısa formada pisləşəcəyini demirəm. Bu, sadəcə siyasətdir və hər kəs ondan maksimal şəkildə fayda götürməyə çalışır”, – deyə o bildirib.
Rusiyalı başqa ekspert İlşat Sayetov da bəzi məsələlər barədə razılığın bağlı qapılar ardında veriləcəyini deyib:
"Suriya ilə konfliktdə hər bir tərəfin öz marağı var. Onlar heç də həmişə üst-üstə düşmür. Türkiyə Rusiyanın da maraqlı olduğu hansısa addımlara hazırdır. "Zeytun budağı” əməliyyatı Moskvanın çox da xoşuna gəlmir, amma Rusiya hansısa razılaşmalara görə geri çəkilir. Bugünkü görüşdə İran, Türkiyə və Rusiya bölgənin təsir zonalarına bölünməsi, kürdlərin statusu və başqa şeylər haqqında razılaşa bilərlər”.