Azərbaycanda şəxsin məcburi əməyə cəlb edilməsi halları müəyyənləşir.
Shafaqadogru.com -un məlumatına görə, bu, yenidən hazırlanmış "Məşğulluq haqqında” qanun layihəsinin 9.2 maddəsində əks olunub.
Maddəyə görə, aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:
-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- hərbi xidmət zamanı;
- hərbi və fövqəladə hallar zamanı
Qanun layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılır.