Belçika zəruri sənədləri əldə etmədən Suriyaya 2014-2016-cı illər arasında külli miqdarda kimyəvi maddə ixrac edən 3 şirkət barəsində cinayət işi açılıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Belçikanın nüfuzlu "Knack” jurnalı yazıb.
Göstərilən müddət ərzində Suriyaya 24 dəfə kimyəvi maddə ixrac edilib. Suriyaya zarin qazı istehsalında istifadə edilən izopropanolla (168 ton) yanaşı, 219 ton aseton, 77 ton metanol ve 21 ton dixlorometanın ixrac edildiyi bildirilib.
Xatırladaq ki, 2013-cü ildə Kimyəvi Silah Konvensiyasına qoşulan Suriyanın bütün izopropanol ehtiyatını məhv etməsi tələb edilmişdi. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı isə Suriyanın 133 ton izopropanolu məhv etdiyini açıqlamışdı.