Bu konflikti gələcək nəsillərə saxlayacağımızı deməyə meyilli deyiləm. Danışıqlar prosesi davam etməlidir.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu "Şant” televiziyasına müsahibəsində Ermənistanın Baş naziri Serj Sərkisyan deyib. Dağlıq Qarabağ konfliktinin həllindən danışan Sərkisyan münaqişənin kompromis yolu ilə həll edilə biləcəyini deyib:
"Kompromis həm erməni, həm də Azərbaycan tərəfinin güzəştə getməsi deməkdir. O zaman məsələ həll edilə bilər. Başqa yol yoxdur”.