Əhval-ruhiyəmiz günə uyğun dəyişir. Hərdən yaxşı, hərdən də pis. Araşdırmalara görə, insanların yalnız 2 faizi hər gün yaxşı əhval-ruhiyyədə olur. Qalan faiz isə pis və normal arasında dəyişir.
Shafaqadogru.com qadınlarda normal olan halları təqdim edir:
– Əsəbi və qəmgin olduğun halda "Yaxşıyam” demək. Bunu hər gün etməli oluruq.
– Yorğun vaxtlarda əsəbi olmaq: insanların 64 faizi deyir ki, gecəni yaxşı yatmayanda hövsələsiz olur, özündən tez çıxır.
– Tez-tez ağlamaq. Qadınların ayda ən azından, 5 dəfə ağlayır.
– Günəşli günlərdə özünə qapanmaq və heç yerə çıxmamaq. Araşdırmalar göstərir ki, belə günlərdə insanlar depressiyaya düşür.
– Uzun müddət bikef olmaq.
– Kiminləsə qucaqlaşanda xoşbəxt olmaq. Düz 20 saniyə sonra insan beyni əhvalı yaxşılaşdıran oksitosin hormununu ifraz edir. Bununla insan sanki uşaqlaşır, daha sadəlövh olur.
– Ağlayıb ürəyi boşaldandan sonra yüngülləşmək. Bunu qadınların 85 faizi təsdiqləyir.
– Sevərkən ruh yüksəkliyi , həvəs və ehtiras hiss etmək. İtalyan psixoloqları araşdırıb ki, yeni münasibətlərin eyforiyası bir ilə qədər davam edir.
Əhvalı necə qaldıraq?
– Alış-veriş etmək, təzə geyim, kosmetika, ətir, zinyət əşyaları almaq bir çox qadının əhvalını dərhal yaxşılaşdırır. Manikür və pedikür etmək,saçları boyamaq , bir sözlə özunəqulluqla bağlı hər şey qadınların həyat eşqini qaldırmağa qadirdir.
– Buna imkanı olmayanlar özünü işə verir. Fiziki iş insanı doğurdan da stresden çıxarır.
– Gənc qızlar isə saatlarla internetdə oturmaqla günlərini yola verirlər.
– Əlindən bu da gəlməyənlər fikrini dağıtmaq üçün rəfiqələri və dost-tanışları ilə görüşməyə üstünlük verir.
– Musiqi dinləmək , təzə filimlərə baxmaq, bağçılıqla məşğul olmaq, fitnesə getmək, üzmək , kitab oxumaq , ağla gələn və gəlməyən bir çox şeylərlə qadın öz əhvalını yüksəldə bilər.