Şəfəqə Doğru » Manşet » Yerevandan Gürcüstan və İrana gedən yollar bağlanıb

Yerevandan Gürcüstan və İrana gedən yollar bağlanıb

Yerevandan Gürcüstan və İrana gedən yollar bağlanıb

Aksiya iştirakçıları Yerevandan Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar

 


Shafaqadogru.com  Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan-Eçmiədzin yolu bağlı olduğundan əhali hava limanına piyada gedir.

Bildirilib ki, etirazçılar Yerevandan Ermənistan-Gürücüstan sərhədində yerləşən Baqrataşen gömrük məntəqəsinə gedən yolu da bağlayıblar.

Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən Yerevan-Meğri yolunu da kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə – Sevan, İcevana gedən yol da etirazçılar tərəfindən bağlanıb.