Ötən gün axşam saatlarında Suriyanın hərbi bazalarına zərbə endirilməsi və hərbi anbarın partlaması nəticəsində ölənlərin sayı 38 nəfərə yüksəlib.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, daha 57 nəfərin yaralandığı bildirilir.
Suriya rəsmi mənbələri hələ də zərbəni kimin endirdiyini aydınlaşdırmaqda çətinlik çəkdiyini bildirib. Endirilən raket zərbəsinin qırıcılarla həyata keçirildiyi də istisna edilmir.
Qeyd edək ki, ötən gecə Suriyanın Hama və Hələb şəhərlərindəki hərbi bazalara ağır raket zərbəsi endirilib. Zərbənin təsirindən 3 bala yaxın yer titrəyişi hiss olunub