Neftin qiyməti yenidən 75 dollara yaxınlaşıb. Buna səbəb olan əsas faktor isə İran ətrafındakı siyasi gərginlikdir.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
"Əvvəlcə Vaşinqtonda Almaniya kanslerini qəbul edən Tramp mətbuat konfransında Tehranı nüvə proqramına və bölgədəki destruktiv roluna görə tənqid atəşinə tutdu, dünən isə İsrailin baş naziri öz kəşfiyyatının İranın nüvə proqramını dayandırmamasına dair açıq prezentasiya etdi. Bu gecə Suriyada İran kontingentinin yerləşdiyi ərazi naməlum qüvvə tərəfindən hava hücumuna məruz qalıb. KİV-lər isə İrana qarşı sanksiyaların yenidən tətbiq ediləcəyini yazırlar. Dünya birjalarında neft bahalaşmasına səbəb olan əsas faktor İran ətrafındakı siyasi gərginlikdir. Bir sözlə, birjaların hərəkət edən xəbər lenti qırmızı xəbər başlıqları ilə zəngindir”, – ekspert bildirib.
Qeyd edək ki, hazırda "Brent” markalı neftin 1 barrelinin dəyəri 74,75 dollar təşkil edib.