Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP), "İYİ Parti", Səadət Partiyası və Demokratik Partiya növbədənkənar parlament seçkilərində koalisiya yaradırlar.
Müxalif partiyaların Türkiyə prezidenti postuna vahid namizəd irəli sürəcəkləri də istisna edilmir. Vahid namizədin adının yaxın günlərdə açıqlanacağı ehtimal olunur.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.