Şəfəqə Doğru » Manşet » Paşinyan II dəfə namizəd ola bilməz, amma... - Kreml ssenarisi

Paşinyan II dəfə namizəd ola bilməz, amma... - Kreml ssenarisi

Paşinyan II dəfə namizəd ola bilməz, amma... - Kreml ssenarisi
Diasporun Sərkisyanın devrilməsində marağının olması şübhəsizdir. Amma Paşinyan vasitəsi ilə diasporun prosesləri nəzarət altına alması inandırıcı görünmür.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, diaspor Ermənistan üçün mənşəcə ermənistanlı olan yeni bir rəhbər axtarır:
"Bu nöqteyi-nəzərdən diasporun Paşinyanı maliyyələşdirdiyini düşünmürəm. Hətta polisləri öz tərəfinə çəkmək üçün pul vəsaitindən istifadə etməsi, müxalifətin tərəfinə keçən ilk polisə 10 min dollar verilməsi ilə bağlı iddialar hakimiyyətin yaydığı dezinformasiyaya bənzəyir. Bu iddialar doğrulansa, aşkara çıxar, bu zaman polisdən yox, ordunun xüsusi təyinatlılarından, yaxud da Rusiyadan göndərilmiş "Alfa” qrupundan və s. istifadə edər və Paşinyanın planlarını puça çıxarardılar”.
Politoloqun sözlərinə görə, hazırda Ermənistanda diaspor ilə Rusiyanın kəşfiyyat orqanları arasında ciddi mübarizə gedir:
"Bu mübarizədə diasporun pul vasitəsi ilə bütövlükdə prosesləri nəzarət altına ala biləcəyinə inanmıram. Rusiya artıq bu işə var qüvvəsini sərf edir. Rusiya, eləcə də Qarabağ klanı Ermənistanda situasiyanı qoruyacaq və buradakı vəziyyətə nəzarəti ələ alacaq. Çünki Paşinyan indiki şəraitdə diasporun da ümidlərini doğrulda bilməz. Ermənistanda çox çətin və spesifik şərait yaradılıb, Ermənistan dövlətçiliyi tamamilə dağılıb. Bu konteksdən Rusiya artıq buradakı prosesləri yaxından izləyir və sona qədər də nəzarət etmək fikrindədir”.
Politoloqun sözlərinə görə, Ermənistanda baş verən hazırki hadisələr Rusiyanın ssenarisi əsasında gedir:
Politoloq vurğulayıb ki, burada digər maraqlı məqam odur ki, Ermənistan parlamentinin nizamnaməsinə görə, bir dəfə seçilməyən adamın namizədliyi ikinci dəfə verilə bilməz:
"Ancaq erməni mətbuatında Paşinyanın ikinci dəfə namizədliyini verəcəyi yazılır. Burada əsas məsələ səs yığmaqdır. Mən inanmıram ki, Paşinyan özünə lazım olan səsi toplasın”.