Bu ilin sonuna qədər Moldovadakı NATO ofisi bağlana bilər.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu "İzvestiya” qəzetinə müsahibəsində Moldova Prezidenti İqor Dodon deyib.
"İlin sonundakı parlament seçkisindən sonra böyük ehtimalla alyansın ofisi qapadılacaq. NATO-nun buradakı aktivliyi Rusiyanın sərhədlərinə yaxınlaşma niyyəti ilə əlaqədardır. Biz imkan verə bilmərik ki, ölkəni geosiyasi qarşıdurmalar üçün istifadə etsinlər”, – deyə o bildirib.
Qeyd edək ki, Moldovada NATO ofisi keçən ilin dekabrında açılıb. Ofisin açılışı Moldova prezidenti ilə hökuməti arasında qarşıdurma yaradıb. Prezident ölkənin neytral qalmasını və bu qərarın ölkənin Konstitusiyasına zərbə olduğunu bildirib.