Şəfəqə Doğru » Manşet » Qazax əhalisi ümid edir ki,ölkə prezidenti cənab İlham Əliyev bir gün də, Qazax rayon mərkəzi xəstəxanasının inşasının davamı üçün də sərəncam imzalayacaq.

Qazax əhalisi ümid edir ki,ölkə prezidenti cənab İlham Əliyev bir gün də, Qazax rayon mərkəzi xəstəxanasının inşasının davamı üçün də sərəncam imzalayacaq.

Qazax əhalisi ümid edir ki,ölkə prezidenti cənab İlham Əliyev bir gün də, Qazax rayon mərkəzi xəstəxanasının inşasının davamı  üçün də sərəncam imzalayacaq.


 

 Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar ölkə rəhbərliyinin  həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir.  Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Ölkə səhiyyəsi  yeni inkişaf mərhələsinə başlayıb. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq,həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşdirilən  siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, modern avadanlıqlarla, həmçinin vətəndaşların dərman vasitələri və preparatlarla təchiz edilməsi, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. Son illərdə bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası geniş vüsət alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın inşası da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir.

 Lakin bu günlərdə Qazax rayon əhalisi  Ağsu rayonuna qibtə edərək,kaş ki,üç il bundan öncə  ciddi bir qüsuru olmayan  lakin, sökülüb, yerində inşasına başlanan və təməldəcə dayandırılıb,tamamilə unudulmuş olan , Qazax rayon mərkəzi xəstəxanası da ,beləcə Ağsu rayonundakı kimi, tikintisi  başa çatıb ölkə prezidenti tərəfindən açılışı olaydı  deyə düşünür. Bəzi mənbələrin söylədiyinə görə , xəstəxananın tikintisi,guya,2015-ci il yay olimpia  oyunlarının başlanması ilə əlaqədar, maliyyə vəsaitinin olmadığına görə, müvəqəti olaraq,dayandırılmışdır. Və günü bu günə qədər  Qazaxda mərkəzi xəstəxana yoxdur. Bu isə, Qazax əhalisi arasında narazılığa səbəb olub ki, görəsən,ölkə prezidenti İlham Əliyev nə vaxt mənfur qonşumuz Ermənistanla sərhəddə yerləşən, Qazax rayonun da, mərkəzi xəstəxanasının  açılış lentini kəsəcək.?Axı bu rayon da bu ölkənin bir hissəsidir. Bu rayonda xəstələnən insanlar nə vaxta qədər digər rayon və şəhərlərə üz tutacaqlar? Ölkəmiz müharibə şəraitində yaşadığı bir dövrdə, bu rayonda mərkəzi xəstəxananın olması daha vacib deyilmi?  Qazax əhalisi ümidvar olduğunu bildirir ki ,yəqin ki, yaxın gələcəkdə ölkə prezidenti cənab İlham Əliyev bu barədə ,Qazax rayonunda mərkəzi xəstəxananın  tikintisinin başlanması üçün də bir mübarək sərəncam imzalayacaq.

 

                                                                                   Neymət.