Kəndli və fermerlər bu gündən banklara müraciət edərək güzəştli kreditləri əldə edə biləcəklər.
Real TV xəbər verir ki, onlar kəndlərindən kənara çıxmadan əmlaklarını girov qoyub, kredit götürəcək. Bunun üçün ilkin mərhələdə kənd təsərrüfatı sahəsinə 10 milyon manat kredit ayrılıb. Fermerlər müvəkkil banklara yaxınlaşıb müəyyən sənədləri təqdim etməklə güzəştli kreditlərə çıxış əldə edə biləcəklər. Xidmətin ayırdığı kreditlər yalnız kənd təsərrufatı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
Qeyd edək ki, aqrar sahənin inkişafi üçün ölkədə fermer və kənd təsərrüfatı məhsullarinin istehsalı ilə məşğul olan sahibkarlara güzəştli kreditlər verilməsi barədə Azərbaycanın 8 maliyyə təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə niyyət protokolu imzalayıb.