Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinə müraciət ünvanlayıb.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, baş nazir ermənilərə çağırış edərək onlardan etiraz aksiyalarını dayandırmağı və hökumətə əldə edilən razılaşmaları həyata keçirməyə icazə verməyi istəyib.
"Heç bir şübhə yoxdur ki, güc strukturlarının davranışları narahatlıq yaradır. Bu situasiyanın konkret həlli olmalı və konkret nəticələrə gətirib çıxarmalıdır”, – deyə Paşinyan qeyd edib.
Paşinyanın müraciətinin sonunda Xankəndinə etiraza qalxan erməniləri aksiyaları dayandırmağa çağırıb.
Qeyd edək ki, İrəvanda baş verən proseslərin Qarabağa da sıçraması erməni ekspertlərini narahat edir. Aksiyalarda separatçıların diktatorluğu və qurduğu xunta rejimindən insanların bezdiyi açıq şəkildə etiraf olunur.