Dünən redaksiyamıza Qazax rayonu Xanlıqlar kənd sakini Qədimalıyev Salman Alı oğlu tərəfindən müraciət daxil olub.
Müraciətdə Qədimalıyev Elsevər Salman oğlunun öz həyat yoldaşı və onun ailəsi tərəfindən faciəvi şəkildə öldürüldüyünü və hələdə cəzasız qaldığını iddia edərək,başına gələn bu faciəni qəzetimiz vasitəsi ilə ictimailəşdirilməsini xahiş edir.
Bizdə müraciəti olduğu kimi dərc edirik.
Hörmətli "Şəfəqə Doğru "Qəzetinin Radaktoru! Cənab Neymət Novruzov!
İşlərinizin çox olduğu bir vaxtda qızıl kimi vaxtınızı aldığım üçün əvvəlcədən sizdən çox-çox üzr isdəyirəm.Qızıl kimi vaxdınızı alaraq sizlərdən xahiş edirəm ki,başı bəlalı atanın şikayətinə diqqət yetirərək,mənə köməklik edəsiniz.
Mənim sizə ünvaladığım məktub oğlum Qədimalıyev Elsevər Salman oğlunun arvadı Quluyev Xanım tərəfindən faciəvi şəkildə öldürülməsindən qaynaqlanır.Oğlumun qətli ilə əlaqədar yaranan haqsızlıqların əlində naəlac qalan atanın fəryadıdı bu məktub.Hər yerdən əli üzülmüş,köməksiz vəziyyətfdə olan valideyinin ah-naləsidi. Həmçinin,faciəli şəkildə vəfat etmiş oğlum Elsevərin oğlu,nəvəm Ömərin də Elsevərin arvadı ,uşağın öz anası Xanım tərəfindən zəhərliyərək öldürülməsi faktının da ürək ağrısı ilə yazan babanın şikayətidi bu məktub.Sizlərdən kömək umaraq,bu məktbu sizə ünvanlayıram.İnanıram ki,siz dərdli atanın ,oğul-nəvə dərdi ilə yanıb qovrulan şəxsin fəryadını qəzetinizdə işıqlandıraraq içtimailəşdirəcəksiniz.
Hörmətli Redaktor !
Bildirirəm ki,mənim oğlum Qədimalıyev Elsevər Salman oğlu 24 avqust 2015 –ci il Tovuz rayonunda faciəli sürətdə yandırılaraq öldürülmüşdür.
Hadisənin təfsilatı olaraq,onu qeyd etmək isdəyirəm ki,oğlum Qədimalıyev Elsevər Tovuz rayon sakini Xanım adlı şəxslə ailə qurmuşdur.Rəsmi nigahlarından onların iki uşaqları da dünyaya gəlmişdir.Onlardan biri vəfat etmişdir.Son zamanlar xanımın yaxın qohumları oğlum Qədimalıyev Elsevərin mobil telefonuna SMS-lər yazaraq Xanımın (oğlumun həyat yoldaşı)pozğunluq etdiyini və bu hərəkətləri ilə hamımızı biabır edəcəyini bildirmişdir.Buna görə də ər-arvad arasında Xanımın hərəkətləri üstündə mübahisə yaranmışvə Xanım Tovuz rayon Quşçu kəndində yerləşən atası evinə çıxıb getmişdir.
Hadisədən məlumatım olanda oöluma israrla bildirdim ki,sən ora getmə.Lakin ,o, mənim israrlarıma baxmayaraq,Xanımın dalınca Tovuz rayonuna getdi.Orada oğlum Elsevərlə Xanım və onun ailə üzvləri olan atası ,qardaşı və anası ilə aralarında mübahisə yaranmış və yuxarıdada qeyd etdiyim kimi oğlum Qədimalıyev Elsevər 24 avqust 2015-ci il Tovuz rayonunda faciəli sürətdə yandırılaraq öldürülmüşdür.
Çağırışa gələn təcili tibbi yardım maşını ilə oğlum Tovuz rayon mərkəzi xəstəxanasına aparılmış və vəziyyəti çox ağır olduğundan orada müalicə edilə bilməyəcəyindən sonradan bakı şəhərinə aparmışlar.Bakı şəhərinə çatmamış yolda oğlum Qədimalıyev Elsevər vəfat etmişdir.
Hörmətli Redaktor !
Bildirirəm ki,Xanım oğlum Elsevərlə ailə həyatı qurub mənim evimə gəlin gələndən sonra bizə qarşı ,həyat yoldaşı olan oğluma qarşı kobud olmuş,özünü dəli kimi aparmış və xasiyyətində həqiqətən pisixoloji problemlərin olmasını müşahidə etmişik.Belə bir halın da şahidi olmuşam ki,Xanım oğlumla mübahisə etdiyi zaman öz ərini zəhərləməyə cəhd etmiş və zəhər içirtmişdir.Onu bilib tez qarşısını almağı bacaqmışdıq.Bundan başqa Xanım bir dəfə yaşayış evimizə həyətdə olan ot tayasına od vurmuş, xoşbəxtlidən heçnə olmamış ,yalnız ot tayasının yanması ilə bizə maddi ziyanlıq dəymişdir.
Bu hərəkətlər Xanımın normal düşüncəyə sahib olmayan bir insan,daha doğrusu təhlükəli bir insan olduğuna biir işarə idi.Xanımın bu hərəkətlərini də hamımız sezərək məlumatlı idik.Oğlumuzun nə vaxtsa başına oyun açacağını ,ona xətər yetirəcəyini duymuşduq.Bəlanın addım-addım yaxınlaşdığını hiss edirdik,duyurduq.Buna görə də dəfələrlə oğlumuzu bu barədə xəbərdar etmişdik.Lakin oğlumuzu ondan qoruya bilmədik.Xanım ona kömək edən piss qüvvələrin yardımı ilə oğlumuzu bu dünyasından etdi.
Hörmətli Redaktor !
Oğlumla xanımın evliliyi müddətində iki uşağı olub .Onlardan biri Ömər 2015-ci il fevral ayında qəflətən ölmüşdür.Sonradan məlum oldu ki uşağı anası Xanım vicdansızcasına zəhərləyib öldürüb .Xanım uşaq öləndən sonra atası evinə getdi və mənim ailəmə ikinci zərbəni vuracağı ilə hədələdi.Dəfələrlə olub ki,oğlum Elsevərin telefonuna zəng edərək ,onu təhkirlərə məruz qoyub,onu ölümlə hədələmişdir.
Onu da qeyd edirəm ki,24 avqust 2015-ci il Tovuz rayonunda oğlum Elseverin faciəli sürətdə ölümündən bir gün qabaq Elsevər pis əməllərinə son qiymağı ,pozğunluqdan əl əl çəkməyi tələb etsə də o,ərini təhqir və təhdid edib .Buna görə də Elsevər 23 avqust 2015 –ci ildə Xanımın atası evi olan Tovuz rayonu ,Quşçu kəndinə getmiş,orada Xanımın saçlarını biabırçı şəkildə kəsmiş və ona son xəbərdarlığını edərək,demişdir ki, özünü yaxşı aparmasa ,düzgün yola qayıtmasa onu öldürəcəkdir.
Bundan sonra oğlum çıxıb evimizə gəlmiş ,səhəri gün 24 avqustda da bakı şəhərinə işinə yola düşmüşdür.Yolda olarkən polis işçisi ona zəng vurmuş ,xanımın saçını kəsdiyi üçün Xanımın polisə şikayət etdiyini demiş ,ora gəlməsini polis tələb etmişdir.Oğlum da qardaşına mesaj yazaraq gedib Xanımı öldürəcəyini demişdir.Ora gedən zaman orada dava –dalaş olacağını düşünərək özü ilə bıçaq götürərək ora yollanmışdır.Bıçaq götürüb gedən şexs də ora öldürməyə gedər yəqin ki,özünü öldürməyə yox.
Oğlum Elsevəri məhv etmək üçün Xanım və onun ailəsi bu işi qabaqcadan düşünərək onu öz evlərinə deyil ,kəndin ucqar hissəsində yerləşən baba evinə çağırmışlar.Bu ev də bir yerdədir ki,baş verən hadisələrin səs-küyünü ,davamlılığını görə bilməsinlər,hadisənin şahidi olmasın.
Onlar Elsevərə qarşı olan qətl hadisəsini törətməzdən əvvəl Elsevər Qazax rayon xanlıqlar kəndində yaşayan dosduna zəng etmişdi. Dosdu Yaşarın üstündə telefon olmadığı üçün Elsevərlə əlaqə saxlamamış ,davanın adi ailə zəmnində baş verdiyini və Elsevərin Xanımgil tərəfindən öldürüləcəyini güman etməmiş və bu səbəbdəb ora getməmişdir.
Hörmətli Redaktor 1
Bütün bunları da umumiləşdirərərk qeyd edim ki,oğlum Elsevərlə Xanımın arasında olan mübahisə ölüb-öldürmək həddində olmuşdur.Hadisə ilə əlaqədar olaraq,tovuz rayon Prokrorluğunda cinayət işi açılmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ,yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanmışdır.Halbuki ,yuxarıda qeyd etdiyim kimi,oölum Qədimalıyev Elsevər həyat yoldaşı və onun ailə üzvləri tərəfindən vəhşicəsinə yandırılaraq,qətlə yetirilmişdir.Lakin prokrorluğun başladığı cinayət işinə görə guya ki,oğlum özü –özünü yandırmışdır.
Halbuki ,oğlum 24 avqust 2015-ci ildə Bakı şəhərinə öz iş yerinə getdiyi zaman Xanım və onun ailə üzvlərinin şikayəti əsasında polis tərəfindən yoldan geri qaytarılmışdır. Göründüyü kimi hadisə Xanım və onun ailə üzvləri tərəfindən quraşdırılımış və oğlum Elsevər bilərəkdən evə çağırılaraq,faciəvi şəkildə öldürülmüşdür.Belə ki, gələn təcili tibbi yardım maşınında son nəfəsində oğlum Qədimalıyev Elsevər onun Xanım və onun ailə üzvləri tərəfindən yandırıldığını qardaşına demişdir.
Oğlumla mübahisə və dava-dalaşdan sonra Xanım və onun ailə üzvləri birləşərəkoğlumu yandırmışdılar.Oğlum yanan zaman onun söndürülməyinə cəhd göstərilməməsi də onun kimlər tərəfindən yandırılmasına sübutdur.Yanan oğlumu xəstəxanaya aparan zaman polislər yanında olub ,ilkin izahatı polislər alıb ondan.Oğlumun vəziyyəti ağır olduğundan oğlumu Bakı şəhərinə apararkən yolda oğlum qardaşına deyib ki, məni onlar yandırdı.
Hörmətli Redaktor!
Bildirirəm ki,Tovuz rayon prokrorluğunda başlanmış istintakq düzgün aparılmamış ,hadisə və hadisənin baş vermə səbəbləri düzgün araşdırılmamış,istintaq tam tərsinə qanunsuz şçəkildə aparılmışdır.Belə ki ,istintaq zamanı verilən ekspert rəyindən görünür ki,Elsevər vücudunun 70-80 faiz həcmində yanıq diaqnozu qoyulmuş,şok vəziyyətində olduğu qeyd edilmişdir.Yəni şokda olan şəxsin necə ifadə verməsi başa düşülən deyil.Amma polislər də deyir ki,Elsevər polisə izahatında özünü yandırdığını qeyd edib.Bundan başqa məntiqlə düşünən zaman da belə hesab etmək olar ki,xanımgilə onu öldürmək fikri ilə gedən oğlum necə ola bilər ki,özünü yandıra ?!Bu mümkün deyil.Demək araşdırılma düzgün aparılmamışdır.Hadisə şahidlərinin dedikləri tam araşdırılmamışdır. Hadisə şahidlərinin dedikləri izahatları,hadisənin səsini eşidən şahidlərin izahatları eşitdiyi və yazdıqı izahatlarla uyğun olub –olmadığını araşdırmaq lazım olduğu halda bunlar yerinə yetirilməmişdir. Tam araşdırma aparılsa oğlum barəsində başlanan cinayət işinin ən azından maddəsi dəyişəcəkdi.Oğlumun kimlər tərəfindənsə öldürülməsi ,bu hadisənin kimlər tərəfindənsə ört-basdır etməyə cəhd etməsi ortya çıxacaqdı.Bildirirəm ki,cinayət işinin tam araşdırılmasıo deməkdir ki,ilk növbədə hadisənin baş vermə səbəbinin araşdırılması vacib idi.oğlumla həyat yoldaşı Xanımın arasında olan münasibətlər ,son vaxtlar onların arasında ölüb-öldürmək həddində olan münasibətlər ,bu hadisəyə qədər baş vermiş digər hadisələr də nəzərə alınaraq araşdırılmalı və 24 avqust 2015-ci ildə oğlumun ölümü ilə nəticələnən cinayət hadisəsinin istintaqı bu xüsusatlar nəzərə alınmaqla aparılmalı,qanunvericiliyin tələbləri düzgün tədbiq edilməli idi.
Lakin,istintaq bilərəkdən düzgün aparılmamış,bəzi nüanslar ört-basdır edilmiş və sonda isdədikləri nəticəni əldə etmişlər.Oğlumun qanını batırmışlar.
Hörmətli Redaktor!
Bir valideyin kimi ,ürəyi dağlı bir ata kimi,istintaqdan narazı qaldığım üçün yuxarı instansiyalara şikayətci olmuşam .Respublikanın Baş Prokuroru Zakir Qaralovun qəbuluna çağırdılar .Qəbulda olduğum zaman hadisə haqqında danışmağa başlayan zaman Hörmətli Baş Prokurorumuz məsul olan Prokroru ayağa qaldırdı və soruşdu ki,bu nə məsələdi ?Həmin məsul prokuror dedi ki 6 həkim deyib ki,o, özü –özünü yandırıb,həkimlər şahiddi.Halbuki,ekspert rəyi var ki,orada oğlumun yanıqdan sonra şok vəziyyətdə olduğu qeyd edilmişdir.Şok vəziyyətdə olan zərərçəkmişin ifadəsi nə dərəcədə qəbul ediləndir,başa düşmürəm.Bundan sonra Baş Prokuror dedi ki,gedin şikayətçinin izahatını alın və bu işlə məşğul olun .
Bildirirəm ki,bundan sonra mənə məktub gəldi ki,işə xitam verilir. Bu isə ,haqsızlıqdır.Oğlum Qədimalıyev Elsevər Salman oğlunun faciəli surətdə qəsdən öldürülməsi barədə cinayət işinə xitam verilir və oğlumun qanı sözün əsl mənasında batırılmışdır.Halbuki,cinayət faktları göz qarşısındadır və bütün sübutlar mövcuddur,təkzibolunmazdır.
Hörmətli "Şəfəqə Doğru” qəzetinin redaktoru !Əziz Neymət Novruzov Cənabları !
Mən sizdən artıq dərərcədə xahiş edirəm ki,dərdli atanın sözlərinə qulaq asaraq,mənim oğlum Qədmalıyev Elsevər Salman oğlunun 24 avqust 2015-ci ildə Tovuz rayonunda faciəli sürətdə yandırılaraq öldürülməsi ilə bağlı hadisənin o cümlədən 2015-ci ilin fevrall ayında nəvəm Ömərin heç bir səbəb olmadan qəfildən öldürülməsi faktının ,bu hadisələri törədən gəlinin Xanımın ifşa edilməsi üçün lazım olan faktların qəzetinizdə işıqlandırılaraqictimailəşdirilməsi üçün lazım olan tədbirlərin görülməsini təmin edəcəksiniz.
İmza : Qədimalıyev Salman Alı oğlu.

Qədimalıyev Salman Alı oğlu.