Bu günlərdə redaksiyamıza Şəmkir rayon ÜGİSM-nin məşqçı -müəllimi Novruzov Tahir Qəni oğlu tərəfindən ərizə daxil olmuşdur.Məşqçi müəllim bildirir ki,2016-cı ildə şahmatçı uşaqları Respublika Zona və Alimpiada yarışlarında iştirak etmək üçün, 2018-ci ilin yanvar ayında Mingəçevir şəhərində keçirilən yarışa Azərbaycan Respublikası Gənclər və İdman İdarəsi Nazirliyinin Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin ismayılov tərəfindən ezam olunmuşdur .Lakin,adı çəkilən idarənin rəisi Emin İsmayılov hələ vəsait olmadığından yarışa apardığım uşaqların yarış müddətində yemək ,yatmaq və yol xərclərini pul tapıb öz xərcimlə ödəməyimi xahiş etdi və döndüyümdə həmin xərclərin ödəyəcəyinə söz verdi.Lakin ,uzun müddət keçsə də ,günü bu günə qədər 2016- cı ildə Respublika Zona və Alimpiada yarışlarına ayrılan ezamiyə haqlarını götürüb mənimsədiyini və hər müraciiət etdiyimdə mənim pullarımı ödüyəcəyinə söz versədə , son zamanlar vaxt qazanaraq,ödəməkdən imtina etdiyini bildirir.Redaksiyamız tərəfindən sorğu məktubu ünvanladıq .Gənclər və idman idarəsinin rəisi Emin İsmayılov "Sorğunuzda göstərdiyiniz 2016-cı ildə iki dəfə Respublika Zona və Alimpiada yarışlarına ,2018-ci ilin yanvar ayında Mingəçevir şəhərində keçirilən yarışla bağlı Şəmkir rayon Gənclər və İdman idarəsinin büdcəsindən ezamiyyə xərcləri ayrılmamışdır deyə, sorğumuzu cavablandırmışdır.Bunu deməsinə baxmayaraq,əlimizdə olan ezamiyyə sənədlərinə görə,həmin yarışlarda iştirak etmək üçün ,gənclər və idman idərəsindən ezam olunmuşlar .
Bəs necə olur ki,adı çəkilən nazirlik bu ezamiyyəyə pul ayırmamışdır? Bu inanılmazdır.Bu idmançılarımıza qarşı hörmətsizlikdir.Onu da bildirim ki,həmin yarışda iştirak edən idmançılardan qalib olan oyunçular da var.
Yəqin ki,aydiyatı orqanlar bu məsələnin araşdırılması üçün ,qəzetimizə yardımçı olacaqlar.
Neymət Vüsal