Bu günlərdə redaksiyamıza Qazax rayonunun Cəfərli və Dəmirçilər kənd sakinlərindən ardıcıl olaraq,məlumatlar daxil olur.Məlumatlarda bildirilir ki, kənd sakinlərinin pay torpaqlarının içindən keçən ,bir zamanlar Ermənistana çəkilmiş ,min(1000) diametirlik qaz borularını ağır texnika ilə çıxararaq,doğrayıb daşıyırlar və bunun üçün,torpaq sahiblərinə heç bir kampensasiya ödəmillər.
Bu işin bir tərəfi.
Məlumatla əlaqədar ,redaksiyamız tərəfindən çətinliklə də olsa, həmin yerə getdik və məlumatda göstərilənlərin şahidi olduq və çəkiliş apardıq.Əməliyyata rəhbərlik edən Qazax Magistiral Qaz Kəmərləri Sahəsinin mühədisi Orxan adlı birisindən müsahibə götürdük.Adı çəkilən şəxs turbaları çıxaran texnikanın "Şirvan Metal Kompani "şirkətinə aid olduğunu dedi və onu da bildirdi ki, həmin xətti "Sokar”ın rəhbərliyi həmin şirkətə satmışdır.Məsələ burasındadır ki,80- ci illərdə çəkilmiş bu xətt ciddi izolyasiyalı və istismara tamamilə yararlı olduğu halda, ortasından iki bölünərək, doğranıb daşınır.Düşünürük ki, ölkədə belə keyfiyətli qalın divarlı borulara ehtiyac yoxdurmu ki? Bunları belə yarasız hala salaraq ,daşıyırlar.Orxan müəllimdən Suallarımızın cavabında Bu işdən "Ekalogiya və Təbbii Sərvətlər Nazirliyinin xəbəri olmadığını öyrəndik”.Heç inanmırıq ki,cənab Rövnəq Abdullayevin bu işin bu şəkildə aparımasından xəbəri var.
Vəkil Rüstəm