Avqustun 4-də Ağstafa rayonunun Qarayazı qəsəbəsi ərazisində yerləşən fermada, orada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən 2 dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.
DİN-dən virtualaz.orga verilən məlumata görə, nəticədə S.Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Həmşəyevanın vəziyyəti ağırdır.
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.İbrahimov tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "МЦ-2112” markalı tüfəng götürülüb.