Şəfəqə Doğru » Manşet » Əliyev-Putin görüşü: Elə bir zaman seçilib ki... – Şərh

Əliyev-Putin görüşü: Elə bir zaman seçilib ki... – Şərh

Əliyev-Putin görüşü: Elə bir zaman seçilib ki... – Şərh

Ən müxtəlif, xüsusilə də humanitar və iqtisadi sahələrdə əlaqələrin getdikcə genişlənməsinin şahidi oluruq.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə görüşünü şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, son dövrlərdə iki ölkə arasında iqtisadi göstəricilər kifayət qədər yüksəkdir:

"Rusiya Azərbaycanın böyük qonşusudur. Tarixi münaisbətlərimiz və ortaq ənənələrimiz var. Bu aspektdən münasibətlərin inkişafı şübhəsiz ki, hər iki tərəfin maraqlarına uyğun gəlir. Bununla yanaşı, Azərbaycanın Rusiyadan ATƏT-in Minsk Qrupunun həmsədri və Ermənistana ciddi təsiri olan bir dövlət kimi gözləntiləri var. Təəssüf ki, bu gözləntilərin özü də iki tərəf arasındakı münasibətlərin inkişafına öz təsirini göstərir”.

Analitik vurğulayıb ki, səfər çox önəmli bir ərəfədə həyata keçirilir:

"Regionda və dünyada ciddi proseslər baş verir. Belə bir zaman kəsiyində görüşün həyata keçirilməsi təkcə ölkənin deyil, bütövlükdə dünya analitiklərinin diqqət mərkəzindədir. Bu səfərin kifayət qədər uğurlu keçəcəyini düşünürəm. Bu səfər iki dövlət arasındakı əlaqələrin daha da genişlənməsinə öz təsirini göstərəcək”.

Analitik qeyd edib ki, Ermənistanda baş verən proseslər ilk növbədə Ermənistan-Rusiya münasibətlərinə təsir göstərir:

"Eyni zamanda baş verənlər Ermənistanın sabit bir ölkə olmadığını və bütövlükdə region üçün təhlükə yaratdığını sübuta yetirir. Bununla yanaşı Ermənistan müttəfiqə yaraşmayan tərzdə Rusiya üçün qeyri-səmimi davranışlar ortaya qoyur. Bu baxımdan düşünürəm ki, səfər çərçivəsində bu məsələlər müzakirə olunmasa da, proseslərə Ermənistanda baş verən hadisələr təsirsiz ötüşməyəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.