Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirildiyi barədə məlumat vermişdik.
Milli.Az xəbər verir ki, Bakırköy rayonundakı ofisində keçmiş polis rəisi Gözəl Dəmirov tərəfindən güllələnərək qətlə yetirilən Etimad İsmayılovun cənazəsi gecə saat 3 radələrində morqa aparılıb.
Qeyd edək ki, İlyas İsmayılovun iş adamı olan oğlunu Gözəl Dəmirovun "borc" üstündə öldürdüyü iddia edilir.
Məhəmməd Vaqif
Milli.Az