Şəfəqə Doğru » Manşet » Deputatın qohumlarının pul və əmlak davası başlayıb

Deputatın qohumlarının pul və əmlak davası başlayıb

Deputatın qohumlarının pul və əmlak davası başlayıb
İş adamı iddia edir ki, Milli Məclisin deputatı Əsabil Qasımovun qohumları (deputatın qardaşı, qaynı) ona milyonlarla ziyan vurublar

"Əsabil Qasımovdan aldığım 850 min manat borca görə 2016-cı ilin sentyabr ayından may ayına qədər 413870 dollar, yəni 703357 manat ödəmişəm. Həmin pulun 85 min manatını bank vasitəsilə "Arzu 2014” şirkətinin adı ilə "Karat Holdinq"in adına, 150 min dollar, yəni 255000 manat Vüqar Qasımova, qalanını isə taxıl formasında ödəmişəm”

Bunu iş adamı Əliyev Aslan Zeynal oğlu bildirib.

Onun bölgexeber.com-a ünvanladığı məktubda olduqca ilginc məqamlara toxunulub.

İş adamı iddia edir ki, Milli Məclisin deputatı Əsabil Qasımovun qohumları (deputatın qardaşı, qaynı) ona milyonlarla ziyan vurublar:

"1998-cildə tanışım Şahbazov Nəsif İslam oğlu ilə birlikdə şərikli olaraq Şəmkir rayonu, Dəllər kəndində un dəyirmanı tikmişəm. Dəyirmanı 2010-cu ilə qədər işlətmişik və "Seymur” MMC-nin nəzdində fəaliyyət göstərib. "Seymur” MMC rəsmi 100 faizlik təsisçilik hüququ ilə tanışım Əliyev Etibar Nəbi oğluna məxsus olub. Lakin qeyri-rəsmi qaydada "Seymur” MMC-nin 67% təsisçilik hüququ mənə və Nəsif Şahbazova məxsus olub.


A. Əliyev onu da qeyd edib ki, istintaq materiallarında da öz əksini tapıb ki, mənim əməllərimdə heç bir cinayət tərkibi yoxdur, yəni mən onlara nəyisə vəd verib əmlaklarını ələ keçirmək niyyətində olmamışam: "Hər şey əksinı olub və istintaq materiallarında da bu öz əksini tapıb. Belə ki, V.Qasımov bğda təminatına görə aldığı 500000 dolları geri qaytarmadı. 40% təsisçilk hüququ 1 milyon dollar olduğu halda, bu da 1700000 manat edir, bu da 1162392 borcun müqabilində verilmişdi. Kursla hesablasaq, birinci 850 min manat, ikincidən qalan isı 537608 min manat edir.
V.Qasımova verdiyim 413870 dollar, yəni 703579 min manat, yem sexi, elevator qülləsi üçün xərclədiyim 155 815 manat, dəyirmanda qalan çuvalalrın pulunu, yəni 50 320 manat, vergiyə ödədiyi 50 000 manatdan Vüqarın öhdəsinə düşən 30 000 manat hesablasaq, nə qədər edir?

Ümumilikdə 2.327.322 manat. Mən bu pulu ondan tələb edirəm. Mən öz halal pulumu tələb edirəm, əlimdə kifayət qədər faktlar var və bu günə qədər mənim haqlı olduğum ortaya çıxıb”.

A. Əliyev əlavə edib ki, o, Azərbaycan qanunlarının aliliyinə inanır: "Mən dövlətimə güvənirəm, mənə o boyda ziyan vurublar. Onlar deputat mandatından istifadə edərək qanunları tapdalamaq istəyirlər. Ancaq ölkəmizdə gözəl qanunlar var və dövlət başçımız hər Azərbaycan vətəndaşının himayədarıdır”.


A. Əliyevin məktubda ortaya qoyduğu iddialarla bağlı, məsələnin mahiyyətinə varmağa, ittihamların nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün deputat Ə. Qasımovla əlaqə saxlamağa çalışdıq. Çox təəssüf ki, bütün cəhdlərimiz boşa çıxdı.

Məsələ ilə bağlı deputat Ə.Qasımov və qohumlarının da mövqeyini işıqlandırmağa hazırıq.