Bu gün Bakıda azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Shafaqdogru.com lent.az-a istinadən xəbər verir ki, saat 07 radələrində Qara Qarayev prosektində binanın qarşısında 3-4 yaşlı oğlan uşağının meyiti tapılıb.
Hadisə yerinə xeyli insan yığılsa da, uşağın valideynləri tapılmayıb.
Saat 09 radələrində yuxudan ayılan valideynlər uşağın eyvandan yıxılaraq öldüyünü görüblər.
İlkin araşdırma zamanı bədbəxt hadisə nəticəsində ölən uşağın 2013-cü il təvəllüdlü Vəliyev İsa Rüstəm oğlu olması müəyyən edilib. Məlum olub ki, səhər yuxudan duran uşaq nənənin bazara getməsi ilə nəzarətsiz qalıb və eyvana çıxıb.
Valideynləri hələ də yuxuda olduğundan uşağın başına gələndən xeyli sonra xəbər tutub.
Faktla bağlı araşdırma aparılır.