Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial kriminal layihə "Gəl dərdini danış” verilişində inanılmaz anlar yaşanıb.
Minval.info xəbər verir ki, əvvəlcə verilişə keçən həftə iddiası qəzəbə səbəb olan Slavik bəy çıxıb. O, gəlininin qonşu ilə xəyanətinin görüntülərini verilişə gətirmişdir. Bu dəfə isə gəlin Amil Xəlilə açıqlama verərək hər məsələyə aydınlıq gətirib. Daha sonra teleaparıcı Slavik bəyə "siz gedin bir çay için” deyərək studiyadan qovub.
Daha sonra Kənan adlı Tovuz sakininin açıqlamaları hər kəsi göz yaşına boğub.
"Dərsə gecişdiyim üçün hər kəsin içində direktor məni döydü. Yetim olmasaydım o mənə heçnə edə bilməzdi” deyən Kənanın təqdim etdiyi görüntülər də böyük müzakirələrə səbəb olub.
Belə ki, onun iddiasına görə, Tovuz rayonu Qoblar şəhər internat məktəbinin dirketoru Eldar müəllim hər gün onlara təzyiq edir, qızları dərs zamanı çalışdırır oğlanları isə şəxsi işlərini görməyə məcbur edir.
Görüntüləri olduğu kimi təqdim edən teleaparıcı Amil Xəlil sərt şəkildə uşaqlara əl qaldıran müəllimləri tənqid edib.
"Bəli Kənanın atası dünyasını dəyişib. Nə bacısı, nə qardaşı var. Anası da rəhmətə gedib. Amma bu gündən etibarən Kənanın mənim kimi yüzlərlə qardaşı var. Yüzlərlə bacısı var. O artıq mənəvi olaraq yetim deyil!”
Verilişdə baş verən inanılmaz anları təqdim edirik.
Qeyd edək ki, sosial kriminal layihə həftə içi hər gün saat 16:00 da Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Verilişin xüsusi özəlliyi isə bir insanın üzərində şou qurulmur. Şikayətçi həftələrlə yox, sadəcə, bir gün çıxış edir və mənəvi, o cümlədən pulsuz hüquqi yardım alır.