9 saylı qadın məsləhətxanasında həkimlər abort zamanı hətta 5 aylıq körpəni də doğrayırlar
1-2 aylıq rüşeymin məhv edilməsinə görə Gülsabah adlı həkim-genekoloq ən azı 100-150 manat tələb edir Son zamanlar həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında müxtəlif səbəblər üzündən abort hallarının sayı durmadan artmaqdadır. Düzdür, müvafiq qurumlar bununla bağlı xəbərdarlıq etsə də, abortun mənfi tərəfləri ilə bağlı ətraflı məlumat versə də, görünən odur ki, bu istiqamətdə aparılan işlər hələ də yetərli deyil. Əgər belə olmasaydı, o zaman Azərbaycan abortun sayına görə beynəlxalq təşkilatların hesabatlarında ilk sıralarda qərarlaşmazdı… Beləliklə, abortun iki halda, yəni hamiləliyin qısa vaxtdan sonra özbaşına və ya süni surətdə pozulması zamanı baş verə biləcəyini qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Binəqədi rayonu ərazisində yerləşən və Tərifə Cəbrayıl qızı İsgəndərovanın baş həkimi olduğu 9 saylı qadın məsləhətxanasına abort üçün müraciət edən qadınlar, eyni zamanda onların yaxınları sonradan bunun ağır fəsadları ilə üzləşməli olurlar: «Deyilənlərə görə, bu tibb ocağında yol verilən səhlənkarlıqlar səbəbindən 9 ayına çatmamış uşaqlar ana bətnində tələf olur. Çünki Tərifə İsgəndərova hər şeydən öncə şəxsi maraqlarını təmin etməyə çalışır və elə buna görə də ən önəmli məsələlər belə, onun üçün ikinci, hətta bəlkə sonuncu dərəcəlidir. İndiyədək 9 saylı qadın məsləhətxanasına müraciət edən qadınlar da təsdiqləyərlər ki, Tərifə İsgəndərovanın rəhbərlik etdiyi tibb müəssisəsi hamiləlik dövründə qadınları nəzarətdə saxlaya bilmir. Buna görə də həm Tərifə İsgəndərovanın, həm də 9 saylı qadın məsləhətxanasının fəaliyyəti kəskin etirazlara, ciddi narazılıqlara səbəb olur. Onu da qeyd edim ki, 9 saylı qadın məsləhətxanasına abort üçün müraciət edən qadınlar və onların yaxınları sonradan arzuolunmaz nəticələrlə üz-üzə qalırlar. Belə ki, çoxlarına bəllidir ki, özbaşına abort kəskin və xronik infeksion xəstəliklər, xronik zəhərlənmələr, rezus amili və s. nəticəsində baş verə bilər. Süni abort isə dölə və ya hamilə qadının orqanizminə bilavasitə təsir etməklə hamiləliyin pozulmasıdır. Ümumiyyətlə, abortun ziyan və günahı barədə istər tibb ədəbiyyatında, istərsə də hər hansı bir dində, eləcə də kütləvi informasiya vasitələrində nə qədər danışılsa və müzakirə aparılsa da, Tərifə İsgəndərovanın rəhbərlik etdiyi tibb müəssisəsində hələ də hamilə qadınların abort edilməsi hallarına rast gəlinir. Halbuki abortla bağlı konstitusiyamızda müvafiq qadağalar mövcuddur. Belə ki, aborta məcbur və təhrik etməyə görə 115-ci maddənin ikinci və üçüncü hissələrinə görə islah-əmək koloniyalarında cəza verilir. Lakin buna baxmayaraq, 9 saylı adın məsləhətxanasında qeyri-qanuni abortlar həyata keçirilir». Abortun qadınlara ziyan vurduğunu, onların səhhətlərində problemlərin yaranmasına səbəb olduğunu, gələcəkdə ağır fəsadlara gətirib çıxardığını bildirən mənbənin sözlərinə görə, dölün ana bətnindən götürülməsi gələcəkdə anormal, fiziki və əqli qüsuru olan uşaqların doğulması ilə nəticələnə bilər: «Çünki abort zamanı uşaqlığın divarı tibbi alətlərlə o qədər zədələnir ki, bu da öz növbəsində növbəti hamiləlik üçün bir çox problemlər yaradır. Deyilənlərə görə, Tərifə İsgəndərovanın baş həkimi olduğu 9 saylı qadın məsləhətxanasında genekoloqlar, əsasən də Gülsabah adlı həkim 150-300 manat civarında pul aldıqdan sonra abortu gerçəkləşdirir. Məsələnin maraqlı tərəfi ondadır ki, bu zaman cərrahiyyə stoluna əyləşən şəxsin kimliyilə bağlı heç bir sual verilmir, şəxsiyyət vəsiqəsi və digər müvafiq sənədlər tələb olunmur, hamilə qadının yaxınlarının buna razılıq verib verməməsilə maraqlanmırlar. Bildirilir ki, ki, tibbi dildə «mini abort» deyilən 1-2 aylıq rüşeymin məhv edilməsinə görə Gülsabah adlı həkim-genekoloq ən azı 100-150 manat tələb edir. Bu qiymət dölün böyüklüyü ilə bərabər böyüyür. Deyilənlərə görə, 9 saylı qadın məsləhətxanasında həkimlər pula görə abort zamanı hətta 5 aylıq körpəni də doğrayırlar. Bu isə birbaşa cinayət əməli hesab olunduğundan adıçəkilən tibb oğacının baş həkimi Tərifə İsgəndərova barəsində qanuna müvafiq formada ölçü götürülməli, o, yol verdiyi qanun pozuntularına görə həbs olunmalıdır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.