Şəfəqə Doğru » Manşet » QRİPƏ YOLUXAN UŞAQLARIN MƏKTƏBƏ GƏLMƏMƏSİNƏ YAŞIL İŞIQ YANDIRILDI

QRİPƏ YOLUXAN UŞAQLARIN MƏKTƏBƏ GƏLMƏMƏSİNƏ YAŞIL İŞIQ YANDIRILDI

QRİPƏ YOLUXAN UŞAQLARIN MƏKTƏBƏ GƏLMƏMƏSİNƏ YAŞIL İŞIQ YANDIRILDI

Ekspert deyib ki, vəziyyətdən sui-istifadə edənlər olmasın deyə şagirdin xəstələnməsini sübut edən həkim kağızı olmalıdır



Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qrip və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrində qeyd edilir ki, tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır.

Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb.

Şəkildə qripə yoluxması üçün tədbirlərin görülməsi müsbət haldır. Lakin şagirdlərin xəstəlikdən sui-istifadə edib dərsdən yayınması ehtimalı da çoxdur. Bəs, belə halların olmaması üçün məktəb rəhbərliyi hansı tədbirlər görməlidir?

Xəstəliklərlə bağlı müraciətlər edilməsinin olduqca müsbət olduğunu deyən Azərbaycan Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü də "Şərq”ə bildirib ki, şagirdin xəstələnməsini sübut edən həkim kağızı olmalıdır:

 "Onda xəstəlikdən istifadə etmək istəyənlərin belə bir imkanı olmayacaq. Ümumiyyətlə, hər məktəbin özünün həkimi var. Həkim şagirdin xəstəliyini müayinə etməli və nəzarətdə saxlamalıdır. Bəlkə elə bir vəziyyətdədir ki, onu dərsə buraxmaq olar. Düşünürəm ki, Səhiyyə Nazirliyinin rəsmi göstərişinin olması lazımlıdır. Bu göstəriş bütün məktəb şagirdlərinin kütləvi olaraq qrip və digər viruslara yoluxmasının qarşısını almağa kömək edəcək. Ona görə də yaxşı olardı ki, əvvəlcədən tədbirlər görülsün və şagirdlərin sağlamlığı ilə bağlı xoşagəlməz hallar yaşanmasın”.

Yeganə Bayramova