İşğal edilmiş ərazilərin bir hissəsini Azərbaycana qaytarmadan, Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq.
Shafaqadogru.com xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills deyib.
Səfirin sözlərinə görə, Ermənistan hazırkı vəziyyətdə münaqişədə uzlaşmaya gedən tərəf kimi görünmür:
"Demək olar ki, tərəfləri razı salan variantların heç biri Ermənistanda müzakirə edilmir. Bu, məni təəccübləndirir.
Hiss etdiyim şey məni narahat edir. Ermənistana gələndə münaqişənin dinc yolla həllini istəyən ermənilər indi öz fikirlərini dəyişiblər. Hökumətimin məsələnin dinc yolla həll səylərinə dəstəyin verilməməsi, sözün açığı, məni çaşdırır”.