Şəfəqə Doğru » Manşet » "Azərbay"Azərbaycan 2030-cu illərdə inkişaf etmiş ölkə olacaq" — Deputat Fəzail Ağamalıcan 2030-cu illərdə inkişaf etmiş ölkə olacaq" — Deputat Fəzail Ağamalı

"Azərbay"Azərbaycan 2030-cu illərdə inkişaf etmiş ölkə olacaq" — Deputat Fəzail Ağamalıcan 2030-cu illərdə inkişaf etmiş ölkə olacaq" — Deputat Fəzail Ağamalı

"Azərbay"Azərbaycan 2030-cu illərdə inkişaf etmiş ölkə olacaq" — Deputat Fəzail Ağamalıcan 2030-cu illərdə inkişaf etmiş ölkə olacaq" — Deputat Fəzail Ağamalı
"İnanıram və əminəm ki, Azərbaycan 2030-cu illərdən etibarən inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələr səviyyəsinə çıxacaq. Buna mənim qətiyyən şübhəm yoxdur".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. F.Ağamalı deyib ki, ölkə Prezidenti İlham Əliyevin əsas hədəfi də Azərbaycanı buna nail etməkdir:

"Hazırda bu istiqamətdə çox ciddi işlər görülür, ölkə Prezidenti Azərbaycanın gələcək inkişaf xəritəsini cızıb və buna uyğun olaraq ölkəmiz addım-addım öz nüfuzunu dünyada artırmaqda davam edir".

Deputat qeyd edib ki, indi Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, dünyada söz sahibidir: 

"Azərbaycan yeganə MDB ölkəsidir ki, qısa müddət ərzində BMT Təhlükəsizlik Şurasının üzvü olub. Eyni zamanda Azərbaycan regionda ciddi ölkələrdən birinə çevrilib. Elə bir regional layihə yoxdur ki, orada Azərbaycanın imzası olmasın. Azərbaycan əksər bu cür layihələrin təkcə təşəbbüskarı kimi deyil, həm də reallaşmasında həlledici dövlət kimi öz rolunu oynayır. Buna misal olaraq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini söyləmək olar. Çünki bu layihənin tikintisində müəyyən maliyyə problemləri yaranan zaman Azərbaycan qonşu Gürcüstana kredit vəsaiti ayırmışdı".

F.Ağamalı vurğulayıb ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında da fəal rol oynayır: 

"Bütün bunlar Azərbaycanın böyük gücü və imkanları deməkdir. Azərbaycanın iqtisadi inkişafının yüksəlməsi, iqtisadiyyatının güclənməsi ölkəmizdə cəmiyyətin dayanıqlı olması, sosial problemlərin həll edilməsi deməkdir. Bir sözlə, Azərbaycan 27 illik müstəqilliyi dövründə böyük uğurlara imza atıb, artıq dünya miqyasında öz yerini müəyyənləşdirib. Mən bir daha qarşıdan gələn Müstəqillik Günü bayramı münasibətilə hər bir soydaşımızı təbrik edirəm. Hər bir soydaşımıza da bildirmək istəyirəm ki, Azərbaycanın bu azadlığı və müstəqilliyi bizim üçün ən böyük nemət və sərvətdir. Hamımız bu sərvəti göz bəbəyimiz kimi qorumalıyıq. Bu müstəqilliyə və dövlətimizin zəiflədilməsinə xidmət edən anti-milli qüvvələrə Prezidentimizlə bərabər iradə nümayiş etdirmək istəyilə bayramımız mübarək olsun!".