Həkim, sizə pul vermədiyim üçün inciməyin.Müalicənizə gorə təşəkkür.
-Incimirəm əşşi, bə Hippokrata and icmişik də.
-Demək mən hələ cox yaşayacam?
-‘lbətdə, sizi sevənlərin ürəyində daima...
Hazırda Ağdam camaatı bax bu lətifədəki xəstənin günündədir. Mozalan.az-a yazırlar ki, pul verməsən həkimlər sifətinə belə baxmır. Həkim o yana, adi tibb bacıları sənə dodaq büzəcək.
Səbəb ondadır ki, Ağdam Mərkəzi Xəstəxanasını son illərdə öz işini sevən şəxslər rəhbərlik etməyib. Sonuncu baş həkim sabiq icra başçısının əmri ilə təcili tibbi yardım maşınlarını pambıq sahələrinə göndərib məhsul yığmaqla yadda qaldı.
Xəstələr evlərində ölürdü, "skoru” isə pambıq daşıyırdı.
İndi elə bir şey yoxdur.
Ancaq xəstəxanaya düşdünsə, cibində pulun olmadısa elə tez ölsən məsləhətdi.
Oktyabrın 23-ü Zülfi adlı vətəndaş ağır vəziyyətdə Ağdam Mərkəzi Xəstəxanasına gətirilib. Günorta 3 radələrindən reanimasiyaya yerləşdirilib. Ancaq kasıb və yiyəsi olmadığından lazımı tibbi yardım almayıb. Axşamçağı dünyasın dəyişib.
Azərbaycan tibbi adına bu növbəti ləkədi.
Ancaq baş həkim əvəzi Elxan Ələsgərovun bu hadisə vecinə deyil. Baş həkim əvəzi kimi insan ölümünə görə məsuliyyəti halbuki o daşıyır.
Sosial şəbəkədə patriotik paylıaşımlarla insan vətənpərvər olmur . Düzdü, bahalı maşınının fonunda da şəkli var.
Elə o şəkilə nəyə işarə vurduğu bəllidir.
Elxan həkimin fəailiyyətini isə qarşıda geniş işıqlandıracayıq. \\xalqxeber.az\\