Gürcüstanda keçirilən Prezident seçkilərində fəallıq nümayiş etdirdiyinə görə eks-prezident Mixail Saakaşvili azərbaycanlılara təşəkkür edib.
Azərbaycanlıların yaşadığı Qardabani rayonunun Birlik kəndinin səsvermədəki nəticələrini oxuyan Saakaşvili müxalifət blokunun daha çox səs topladığını öyrəndikdən sonra Azərbaycan dilində onlara təşəkkür edib:
"Heç azərbaycanlıların yaşadığı Birlik Kəndindən məlumatım yoxdur. Nə baş verir? Yoxsa yenə onları sıxışdırırlarmı?Azərbaycanlılara halaldır. Azərbaycan, çox sağ ol! Sizlər dostumsunuz".
Unikal.org