Şəfəqə Doğru » Manşet » “AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA MÜHARİBƏ RİSKİ ARTACAQ” – ŞTAYNMAYER

“AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA MÜHARİBƏ RİSKİ ARTACAQ” – ŞTAYNMAYER

“AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA MÜHARİBƏ RİSKİ ARTACAQ” – ŞTAYNMAYER

"Dağlıq Qarabağ münaqişəsi davam etdikcə tərəflər də intensiv silahlanacaq”.

Shafaqadogru.com  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Vyana görüşündə bildirib.

"Təmas xəttində 6 həftə əvvəl başlayan şiddətli döyüşlər onu göstərir ki, uzunmüddətli status-kvo perspektiv əldə etməkdə əsassızdır. Konflikt davam etdiyi təqdirdə, eləcə də tərəflər intensiv şəkildə silahlansa yeni eskalasiya, hətta Azərbaycanla Ermənistan arasında müharibə riski artacaq”, – deyə Ştaynmayer söyləyib.

Onun sözlərinə görə, ATƏT münaqişənin həlində vacib rol oynayır: "Fransa, Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi uzun illərdir ki, bu gərginliyə son qoymağa və siyasi prosesin bərpa olunmasına çalışır. Almaniya ATƏT nümayəndəsi kimi bunu dəstəkləyir”.