Son 5 ilin statistikasına görə, Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin dinamikası azalıb.
Shafaqadogru.com-un məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov deyib.
Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində respublikada qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı respublikada baş vermiş ümumi cinayətlərin cüzi hissəsini təşkil edir. Ümumilikdə bu il yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb: "Qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 olub ki, onlardan 11-i azyaşlıdır".
Şöbə rəisi məlumat verib ki, qadınlara qarşı cinayət törətməsi məyyən edilmiş 2004 şəxs 9 ay ərzində məsuliyyətə cəlb olunub. Cari ildə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı cinayət faktı qeydə alınmayıb.