Şəfəqə Doğru » Manşet » NEFTÇALADA SƏHİYYƏ SEKTORU TAMAMİLƏ İFLİC OLUB – FAKTLAR

NEFTÇALADA SƏHİYYƏ SEKTORU TAMAMİLƏ İFLİC OLUB – FAKTLAR

NEFTÇALADA SƏHİYYƏ SEKTORU TAMAMİLƏ İFLİC OLUB – FAKTLAR
Baş həkim Telman Zahidov 3 milyon manatı necə və kiminlə birlikdə israf edib?

Ölkəmizin səhiyyə sektorunda mövcud olan bir sıra problemlər çoxlarına tanışdır. Dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində pullu xidmətin göstərilməsi vətəndaşların ən yaralı yerlərindən biridir. Shafaqadogru.com Gundelik-baku.com-a istinadən xəbər verir ki, səhiyyə naziri bir neçə il əvvəl dövlət xəstəxanalarında pullu tibbi xidmətin ləğvi barədə qərar verib. Təəssüflər olsun ki, əksər səhiyyə müəssisəsində nazirin göstərişlərinə əməl olunmur. Araşdırmalar nəticəsində məlum olub ki, Neftçala rayonunun səhiyyəsində də müxtəlif neqativ hallar mövcuddur. Etibarlı mənbələrin redaksiyamıza verdiyi məlumatlara görə, baş həkim Telman Zahidovun işdə yol verdiyi nöqsanlar rayonun səhiyyə sistemini iflic hala salıb. Məlumatda bildirilir ki, baş həkim səhiyyəyə ayrılan vəsaitləri düzgün xərcləmir və bu səbəbdən rayondakı tibb ocaqlarının əksəriyyəti bərbad haldadır: «Neftçala Mərkəzi Xəstəxanasının təmiri, yenidənqurma işləri, ərzaq və dərmanla təhciz edilməsi üçün ayrılmış 3 milyon manat vəsaitlə bağlı ciddi müəmma ortaya çıxıb. Bu müəmmaya səbəb həmin pulun müqabilində xəstəxanada tutarlı işlərin görülməməsidir. Baş həkim işçilərindən aylıq pul yığmaqdan tutmuş, apteklərə xəstəxananın dərmanlarını satmağa qədər bütün işlərə əl qoyub. Yəni hamısı onun nəzarəti altında həyata keçirilir. Neftçalada xəstələrdən pul alıb, müalicə edilməsi də qeyri-adi hadisə sayılmır. Hələ 2011-ci ildə Telman Zahidov xəstəxanada təmir işlərinin aparılması və bəzi avadanlıqların alınması üçün ayrılmış 3 milyon manatı göyə sovurub. Görülən işlər və həyata keçirilən alış-verişin bu qədər vəsait etməsi mümkünsüz görünür. 2011-ci ildə bir neçə şirkət xəstəxana ilə bağlı elan olunmuş tenderdə iştirak edib. Bu şirkətlərin içərisində isə "Delta Təmir Tikinti Müəssisəsi", "Xoşbəxt" MMC, "Camaşır" MMC, "Ağakərim və Bayram" MMC, "Şəlalə" MMC, "Qaraş" MMC və digərləri var. Bu tenderlər Maliyyə Nazirliyi və digər aidiyyəti qurumların nəzarəti ilə keçirilsə də, təmirlə bağlı bütün sənədlərə məhz Telman Zahidov imza ataraq xəstəxananı təhvil alıb. Bu tenderlər çərçivəsində xəstəxana ilə bağlı 2719097 manatdan çox vəsait xərclənib. Həmin xərclərin isə fiziki şəxslərin adına yazıldığı iddia olunur. Lakin həmin fiziki şəxslər məhz baş həkimin yaxın adamlarıdır». Etibarlı mənbənin bildirdiyinə görə, baş həkimin qanuna zidd əməlləri rayonun doğum evinin fəaliyyətinə də mənfi təsir göstərib. Belə ki, doğum evindən şikayət edənlərin sayı hər keçən gün artır: «Neftçala Doğum Evində çalışan, özünü həkim kimi təqdim edən, əslində isə savadı olmayan Sveta Cəfərova, Təranə Cəfərova, Emilya Əliyeva və digərləri ad çıxarıblar. Onların savadsızlığı üzündən xeyli uşaq tələf olub. Prosesin qarşısını almaq üçün zəruri tədbirlər görülmür. Baş həkimin başı pul qazanmağa qarışıb. Xəstəxana rəhbəri ondan şikayət edənlərdən qətiyyən çəkinmir. Bu adam birmənalı və açıq şəkildə bildirir ki, onun kimsədən qorxusu yoxdur və şikayətçilər istədikləri yerə sözlərini deyə bilərlər». Mənbə vurğulayır ki, neçə illərdir baş həkim işləyən Telman Zahidov qeyri-qanuni yollarla əldə etdiyi vəsaitlər hesabına Neftçada özünə biznes qurmağı bacarıb. Deyilənə görə, rayonun mərkəzində yerləşən apteklərin bir çoxu ona məxsusdur. Bundan başqa, baş həkimin tibb məntəqələrinin təmir işlərinə ayrılan vəsaitləri mənimsəməsi barədə də ittihamlar səsləndirilməkdədir. Bu barədə növbəti yazımızda ətraflı söhbət açacağıq. Sonda Səhiyyə Nazirliyinin, Hesablama Palatasının və Maliyyə Nazirliyinin yetkili şəxslərindən Neftçala Rayon Mərkəzi Xəstəxanasında yoxlama aparmalarını xahiş edirik. İnanırıq ki, şəffaf yoxlama aparılsa, heç icra başçısı İsmayıl Vəliyev belə baş həkimi müdafiə edə bilməyəcək. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
NEFTÇALADA SƏHİYYƏ SEKTORU TAMAMİLƏ İFLİC OLUB – FAKTLAR