Şəfəqə Doğru » Manşet » Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı

Azərbaycanda əlilliyi olan şəxslərin sayı açıqlandı
BMT Baş Məclisi tərəfindən 3 Dekabr-Beynəlxalq Əlilliyi olan şəxslər günü elan edilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var ki, onlar əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. Başqa sözlə, respublikada olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. 

Hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi var. Nazirlik tərəfindən bu ilin 11 ayında 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi, o cümlədən 1200-ə yaxın əlil arabası verilib. 

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının təmin olunması istiqamətdə cari ilin 11 ayında 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin olunub.