Şəfəqə Doğru » Manşet » JAM.AZ-IN BAŞ REDAKTORUNA QARŞI TƏXRİBAT CƏHDİ-DİN RƏHBƏRİNƏ MÜRACİƏT OLUNDU

JAM.AZ-IN BAŞ REDAKTORUNA QARŞI TƏXRİBAT CƏHDİ-DİN RƏHBƏRİNƏ MÜRACİƏT OLUNDU

JAM.AZ-IN BAŞ REDAKTORUNA QARŞI TƏXRİBAT CƏHDİ-DİN RƏHBƏRİNƏ MÜRACİƏT OLUNDU

«General Motors»un rəhbəri Qalib Məmmədov Fikrət Fəraməzoğlunu cəzalandırmaq üçün plan hazırlayıb 

Ötən günlərdə «General Motors»un Azərbaycan nümayəndəliyinin rəhbəri Qalib Məmmədovla bağlı məlumatlar dərc etmişdik. Həmin məlumatlarda onun Azərbaycan vətəndaşının adına külli miqdarda pul aldırıb, sonra da onu ölkədən qaçırdığı, Türkiyə vətəndaşı etdiyi barədə bilgilər yer alırdı. JAM.AZ-ın araşdırmaları zamanı üzə çıxan ilginc məqamlardan biri də o idi ki, Qalib Məmmədov bir müddət əvvəl ləğv olunmuş MTN -in keçmiş rəhbəri Eldar Mahmudovun da şəriki olub. Hazırda isə DTX rəisi Mədət Quliyevin əleyhinə kampaniya aparır.
Qeyd edək ki, «General Motors»un rəhbəri yazdıqlarımızdan heç də məmnun olmayıb. Çünki keçmişini yadına salmaq, bu gün isə keçmiş şərikinin yerinə dövlət başçısı tərəfindən təyin olunmuş şəxsə qarşı kampaniya aparmasının üstünün açılması heç də ürəyincə deyil. Əvəzində, mətbuata açıqlama vermək, hətta məhkəməyə üz tutmaq əvəzinə Qalib Məmmədov JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlunu cəzalanqdırmaq qərarına gəlib. 
Bu barədə elə baş redaktorun özü məlumat verib. O bildirib ki, dünən Qalib Məmmədov və «əyan-əşrəfi» bir araya gələrək, hüquq mühfaizə orqanlarında çalışan dostlarıyla birlikdə JAM.AZ-da gedən məqalələri müzakirə ediblər.«Qərara alıblar ki, məsələni hüquqi müstəvidə davam etdirməsinlər. Əvəzində, zorbalığa əl atsınlar. Belə ki, onlar məni bir neçə plana əsasən həbs etdirməyə və ya cəzalandırmağa çalışacaqlar. Birinci plan budur ki, eyni rayondan olduğumuzu əsas gətirib, adamları mənimlə görüşüb pul təklif etməlidirlər. Bu zaman adını hələlik çəkmədiyim hüquq mühafizə orqanlarından birinin əməkdaşları həbsimi reallaşdırmalıdırlar. İkirnci plan isə birinci plan alınmadığı təqdirdə işə düşməlidir. Yəni, bu dəfə mətbuatdakı adamları vasitəsiylə pul təklifləri başlayacaq, ardından yenə həbs həyata keçiriləcək. Üçüncü plan isə bu variantların heç biri alınmadığı təqdirdə reallaşdırılacaq ki, bu dəfə Qalib Məmmədovun muzdla tutduğu adamlar məni küçədə, yaşadığım binanın qarşısında yaxalayıb, döyməli, qolumu, qıçımı sındırmalıdırlar».

Fikrət Fəraməzoğlu deyir ki, iş adamı olan Qalib Məmmədovun bu qədər dayaz düşüncəyə sahib olduğunu gözləmirmiş. Onun sözlərinə görə, «General Motors»un rəhbərinin belə ucuz variantlara baş vuracağını düşünsə də, inanmırmış. «Dünən gecə tam əmin oldum ki, bu adama bir şirkət deyil, balaca bir plaflaktoriyanı belə etibar etmək belə doğru deyil. Yəni, adam nə qədər bəsit düşüncə sahibi olar ki, onun haqqında yazan jurnalisti bu şəkildə cəzalandırmaq fikrinə düşər. Qalib Məmmədov anlamırmı ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hər şey hüquqi müstəvidə tənzimlənir? Bəlkə, keçmiş şərikiylə işlədiyi dövrdən ağlında qalıb ki, əgər məsələ hədə-qorxu ilə alanmırsa, zorla yoluna qoyulmalıdır. Digər tərəfdən, biz kimsədən nə rüşvət aldıq, nə alırıq, nə də belə bir fikrimiz var. Əziyyət çəkib üzərimizə minnətçi olaraq kimsəni göndərməsinlər. Bir də ağıllarını başlarına yığıb, işləriylə məşğul olsunlar. Əgər yazdıqlarımızda özlərinə qarşı həqarət, böhtan görürlərsə, bunun üçün məhkəmə var, buyursunlar, müraciət etsinlər. Biz də əlimizdə olan faktları məhəkəməyə təqdim edək». 
JAM.AZ-ın baş redaktoru mətbuat vasitəsiylə Daxili İşlər naziri, general polkovnik Ramil Usubova da müraciət edib.«Cənab Nazir, Sizin Azərbaycan dövləti və dövlətçiliyi qarşısında xidmətləriniz danılmazdır. Məlumdur ki, ölkə başçısına olan sədaqətiniz də bu gün inkarolunmazdır. Azərbaycan vətəndaşlarının asayişini, təhlükəsizliyini illər ərzində uğurla qorumuş bir şəxs, nazir olaraq Sizə müraciət edirəm ki, həyatım üçün ciddi təhlükə yaranıb və Qalib Məmmədov adlı iş adamı məni cəzalandırmaq üçün zorakılığa əl atmaq istəyir. O səbəbdən də Sizdən artış dərəcədə xahiş edirəm ki, şəxsi həyatıma yaranmış təhlükəylə əlaqədar təhlükəsizliyimi təmin edilməsi barədə göstəriş verəsiniz. Başıma gələcək istənilən hadisəyə görə isə məsuliyyətin Qalib Məmmədovun üzərində olduğunu biləsiniz». 

P.S. Bizə çox maraqlıdır ki, ölkənin ən nüfuzlu, tanınmış və hörmətli generallarından birinin «adamı» olduğunu deyən Qalib Məmmədov başqa bir generalı əleyhinə kampaniya aparması hansı məqsədi daşıyır. Olmaya, keçmiş şərikinin qisasını Prezident tərəfindən təyin olunmuş şəxsdən bu şəkildə almaq istəyir?