Şəfəqə Doğru » Manşet » Tramp: "Şahzadə Salmanın yanındayam"

Tramp: "Şahzadə Salmanın yanındayam"

Tramp: "Şahzadə Salmanın yanındayam"

"Vəliəhd şahzadə Salman ibn Məhəmməd Səudiyyə Ərəbistanının lideri və çox yaxşı müttəfiqimizdir". 

Shafaqadogru.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "Reuters"ə verdiyi müsahibəsində bildirib.

Tramp Qaşıqçı cinayətindən sonra Səudiyyə Ərəbistanına qarşı mövqeyini dəyişdirməyəcəyini bir daha təkrarlayıb.

O, Salmanın liderliyindən rahatsızlıq duyanlara dair xəbərə də münasibət bildirib: "Açığı, mən bu iddiaları eşitmədim. Ona görə bu məsələdə bir cavab verə bilmərəm".

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.