"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” Ictimaiyi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olub.
Layihə işi üzrə tədbir iş qrafikinə uyğun olaraq, 18 may 2016-cı il tarixində Binəqədi rayonunda "Şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” adlı tədbir keçirildi. Tədbirdə Binəqədi rayonu Məşğulluq Mərkəzinin nümayəndəsi Hacıyev Məhəmməd, ekspert Həsənov Rəşad, Ehtiyatda olan mayor Mobil Yusifov, ”Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Alman Abbasov, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova, Əfqanıstan və Qarabağ Müharibələrinin Veteranı, ehtiyatda olan zabit Mehman Mustafayev, "Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov, Qarabağ Veteranı Taleh Əhmədov, Qarabağ əlili Namiq Mehdiyev, Qarabağ əlili Hüseyn Həsənov və digərləri iştirak etdilər.
Tədbiri ilk olaraq layihənin rəhbəri Məmmədhəsən Həsənov açaraq, sözü Binəqədi rayon Məşğulluq Mərkəzinin nümayəndəsi Məhəmməd Hacıyevə verdi.
Məşğulluq Mərkəzinin nümayəndəsi Məhəmməd Hacıyev və ekspert Rəşad Hüseynov öz çıxışlarında məşğulluğun artırılması barədə danışdılar.
Tədbirin sonunda təkliflər paketinin ictimai müzakirəsi aparıldı və bundan sonra da regionların 7 rayonunda da müzakirələr davam etdiriləcəkdir.